B

Best Soft

Son tarix: 20 İyun 2026

1C Mütəxəssis-məsləhətçi

İnformasiya TexnologiyalarıBakıTam Ştat20 May 2026442

Müsahibə əsasında

Vakansiya haqqında

Tələblər:

  • Cinsi: Kişi və ya qadın;
  • Yaş həddi: 21-35;
  • Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür);
  • 1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb);
  • İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək;
  • 1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə;
  • Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı.

İşin təsviri:

  • Mühasibat uçotu modulu üzrə istifadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması;
  • 1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi;
  • Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi;
  • Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi;
  • Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi;
  • İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması;
  • İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Şirkət hesabına qidalanma;
  • Şirkət hesabına fitnes xidmətləri;
  • Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);
  • Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;
  • Mehriban, dinamik və səmimi kollektiv;
  • Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar