Z

Zeytun Pharmaceuticals

Son tarix: 28 Oktyabr 2026

1C Proqramlaşdırma üzrə Mütəxəssis (Şirvan)

İnformasiya TexnologiyalarıŞirvanTam Ştat29 Sentyabr 202665

700 ₼

Vakansiya haqqında

Təsvir

  • Apteklərdə yaranan texniki və 1C proqramı ilə bağlı problemlərin operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması;
  • Anbarda istifadə olunan bütün İT avadanlıqlarına texniki xidmət göstərilməsi;
  • 1C sistemi üzrə texniki tapşırıqların hazırlanması və proqramlaşdırma işlərinin həyata keçirilməsi;
  • Məlumat sistemlərinin yenilənməsi, təmizlənməsi, test edilməsi və yoxlanılması;
  • Məlumat bazalarının (DB) və serverlərin işlək vəziyyətinin yoxlanılması;
  • Məlumat bazalarının siyahısının və konfiqurasiya məlumatlarının aparılması;
  • Sistem parametrlərinin tənzimlənməsi;
  • Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yoxlanılması;
  • Ofislər və struktur bölmələr arasında məlumatların ötürülməsinin təmin edilməsi;
  • Sistemlər arasında sənədlərin və məlumatların ötürülməsi;
  • İstifadəçilərə 1C və digər İT sistemləri üzrə texniki dəstək və konsultasiya göstərilməsi;
  • 1C proqramında uçotun aparılması;
  • Standart və qeyri-standart sorğuların cavablandırılması;
  • Analitik sorğuların hazırlanması və cavablandırılması;
  • Cavabdeh olduğu iş sahələri üzrə hesabatların hazırlanması;
  • İT sistemləri və avadanlıqlar üzrə yaranan nasazlıqların araşdırılması və həll edilməsi;
  • Şirkətə aid məxfi məlumatların qorunması və şifrələrin təhlükəsiz saxlanılması;
  • Şirkətdaxili qaydalara, prosedur və təlimatlara riayət edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • 1C proqramçısı və ya 1C üzrə mütəxəssis kimi iş təcrübəsi;
  • 1C proqramı üzrə praktiki biliklər;
  • Kompüter və İT sistemləri üzrə baza bilikləri;
  • İT avadanlıqlarının texniki xidməti üzrə anlayış;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətli və diqqətli yanaşma;

İş Haqqında:

  • 6 günlük iş rejimi
  • Əmək haqqı: 700-800 AZN
  • İş yeri: Şirvan şəhəri

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “1C Proqramlaşdırma üzrə Mütəxəssis – Şirvan” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar