
Grand Agro MMC
35 kV Yarımstansiya dispetçeri
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- 35 kV yarımstansiyanın və elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işinə nəzarət etmək;
- Gərginlik, cərəyan, yük və temperatur göstəricilərini izləmək və qeydə almaq;
- Güc transformatorlarının, paylayıcı qurğuların və rele mühafizə sistemlərinin vəziyyətinə nəzarət etmək;
- Təsdiq edilmiş qaydalar və səlahiyyətlər çərçivəsində operativ qoşma və açma əməliyyatlarını yerinə yetirmək;
- Qəza və nasazlıq hallarında müvafiq təlimatlara uyğun tədbirlər görmək;
- Təmir və texniki xidmət işlərinin təşkilində iştirak etmək;
- Növbənin təhvil-təslim prosesini və operativ sənədləşməni təmin etmək;
- Layihənin tikinti, sınaq və işə salma mərhələlərində iştirak etmək;
- Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Baş energetik və aidiyyəti texniki heyətlə koordinasiyalı işləmək.
Tələblər
- Elektroenergetika, elektrik mühəndisliyi və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili;
- Yüksək gərginlikli yarımstansiyalarda minimum 3 il iş təcrübəsi;
- 35 kV yarımstansiyaların, transformatorların və paylayıcı qurğuların iş prinsipləri üzrə biliklər;
- Elektrik sxemlərini və operativ sənədləri oxumaq bacarığı;
- Rele mühafizəsi və elektrik təhlükəsizliyi üzrə biliklər;
- Müvafiq elektrik təhlükəsizliyi üzrə ixtisas və səlahiyyət sənədlərinin olması;
- Növbəli iş rejimində işləyə bilməli;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Santexnik
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Insulator
IRES
BakıTam Ştat
Müsahibə əsasındaDünən
SƏTƏM üzrə mütəxəssis
Azerbaijan Poultry Company
BakıTam Ştat
988 ₼Dünən
Baş energetik
STP Global Cable
SumqayıtTam Ştat
Müsahibə əsasındaDünən

PUA operatoru
AT - Geotech MMC
BakıTam Ştat
900 ₼Dünən

16 tonluq mobil kran operatoru (XCMG 16)
Core Construction
BakıTam Ştat
Müsahibə əsasındaDünən
