G

Greenberry

Son tarix: 12 Oktyabr 2026

Açaí Barista

Turizm və OtelçilikBakıTam Ştat2 Sentyabr 202635

600

Vakansiya haqqında

🍓 Greenberry Acai — Barista-Satıcı vakansiyası

Greenberry Acai yeni filialının Bakı, Əhməd Rəcəbli ərazisində yerləşən Padel Centre Baku-da açılışını edir. Komandamıza 2 nəfər Barista-Satıcı axtarırıq! 🍓🥭🥝

🕐 İş qrafiki

* 1-ci əməkdaş: 09:00 – 18:00
* 2-ci əməkdaş: 16:00 – 00:00
* Əməkdaşlar növbəli şəkildə çalışacaqlar.
* Hər bir əməkdaşa həftə ərzində yarım gün istirahət veriləcək.

👩🏻‍🍳 Vəzifələr

* Meyvələrin doğranması və hazırlanması
* Smoothie-lərin hazırlanması
* Açaí bowl və digər məhsulların hazırlanması
* Açaí ilə işləmə qaydalarının öyrənilməsi — bütün proses tərəfimizdən öyrədiləcək, əvvəlcədən təcrübə tələb olunmur
* Müştərilərə gülərüz və keyfiyyətli xidmət göstərilməsi
* Sifarişlərin düzgün və səliqəli hazırlanması
* İş yerinin təmiz və səliqəli saxlanılması

📋 Namizədə tələblər

* Məsuliyyətli və punktual olmaq
* Gülərüz və pozitiv olmaq
* Müştərilərlə düzgün ünsiyyət qurmaq
* Səliqəli və təmizkar olmaq
* Komandada işləmə bacarığı
* Öyrənməyə həvəsli olmaq
* Azərbaycan və rus dillərini bilmək məcburidir
* Barista və ya oxşar sahədə təcrübə arzuolunandır, lakin məcburi deyil

📍 Ünvan: Padel Centre Baku, Əhməd Rəcəbli, Bakı
👥 Vakansiya sayı: 2 nəfər
💼 Vəzifə: Barista-Satıcı

Oxşar vakansiyalar