MLK CONSTRUCTİON GROUP
Administrativ İşlər üzrə Mütəxəssis
800 ₼
Vakansiya haqqında
Şirkət: MLK Construction Group MMC
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Şirkətin gündəlik inzibati fəaliyyətinin səmərəli təşkilini təmin etmək, sənəd dövriyyəsini idarə etmək, rəhbərliyə inzibati dəstək göstərmək, həmçinin özəl tender elanlarını mütəmadi izləyərək müvafiq məlumatları vaxtında layihə rəhbərinə təqdim etmək.
Qeyd
Tender sahəsində iş təcrübəsinin olması üstünlükdür, lakin məcburi tələb deyil.
Tender prosesləri ilə bağlı bütün zəruri bilik və iş prinsipləri şirkət tərəfindən öyrədiləcək və əməkdaşa praktiki dəstək göstəriləcək.
Təklif edirik
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Karyera inkişafı imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini "Administrativ İşlər üzrə Mütəxəssis" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər:
Ali təhsil;
Administrativ işlər və ya ofis idarəçiliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili üstünlükdür);
Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
Rəsmi yazışma və sənədlərlə işləmə bacarığı;
Məsuliyyətli, diqqətli, operativ və yüksək təşkilatçılıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Şirkətə daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq və arxivləşdirmək;
Rəsmi məktubların hazırlanmasına və sənəd dövriyyəsinin düzgün aparılmasına dəstək vermək;
Elektron və kağız daşıyıcı sənədlərin təhlükəsiz saxlanmasını təmin etmək;
Rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün icra etmək;
İclasların təşkili, protokollaşdırılması və görüşlərin koordinasiyasını həyata keçirmək;
Telefon zənglərini və elektron poçt yazışmalarını peşəkar şəkildə idarə etmək;
Ofis ləvazimatlarının təminatına və ümumi ofis fəaliyyətinə nəzarət etmək.
Özəl satınalma platformalarında elan olunan tenderləri gündəlik izləmək;
Şirkətin fəaliyyət sahəsinə uyğun tenderləri müəyyən etmək;
Müvafiq tenderlər barədə məlumatları vaxtında layihə rəhbərinə və rəhbərliyə təqdim etmək;
Tender sənədlərinin toplanması və hazırlanması prosesində inzibati dəstək göstərmək;
Tenderlərin son müraciət tarixlərini izləmək və prosesin vaxtında icrasını koordinasiya etmək.
Oxşar vakansiyalar
Planning Manager
Carlsberg Azerbaijan • Bakı
Layihərin idarəedilməsi üzrə Mütəxəssis
Sinteks Group of Companies • Bakı
Çayçı / xadimə
hvac • Bakı
Loss Prevention Officer
IRES • Bakı
Administrative Assistant
LS InterInvest MMC • Bakı
Xadimə
32 Beauty • Bakı