Le’Ma Spa & Beauty center
Administrator
1000 ₼
Vakansiya haqqında
Le’Ma ailəsinə qoşulacaq, premium xidmət anlayışını bilən, güclü ünsiyyət və idarəçilik bacarığına sahib Administrator-Menecer axtarırıq.
Biz nə təklif edirik?
• Premium və peşəkar iş mühiti
• Stabil iş
• Karyera və inkişaf imkanı
• Nəticəyə əsaslanan bonus sistemi
• Peşəkar komanda ilə çalışma imkanı
Tələblər:
• Administrator, menecer və ya oxşar vəzifədə iş təcrübəsi
• Güclü ünsiyyət və idarəçilik bacarığı
• Satış yönümlü düşüncə
• Məsuliyyətli, punktual və intizamlı olmaq
• Stressə davamlı və operativ qərarvermə bacarığı
• Səliqəli və baxımlı xarici görünüş
• Azərbaycan dilində sərbəst danışıq
• Rus dili biliyi üstünlükdür
• Komanda idarə etmək bacarığı
• Premium müştəri xidməti anlayışını və etiket qaydalarını bilmək
Vəzifə öhdəlikləri:
• Salonun gündəlik fəaliyyətinin peşəkar şəkildə idarə olunması
• Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi
• Resepsion işinin və müştəri rezervasiyalarının koordinasiyası
• İşçilərin iş qrafikinə, intizamına və xidmət standartlarına nəzarət
• Müştəri məmnuniyyətinin və satışların artırılması
• Günlük satış və kassa proseslərinə nəzarət
• Xidmətlərin aktiv şəkildə təqdim edilməsi və əlavə satışların təşkili
• Müştəri bazasının qorunması və daimi müştərilərlə münasibətlərin inkişaf etdirilməsi
• Komandanın koordinasiyası və iş bölgüsünün aparılması
• Salonun ümumi görünüşü, nizam-intizamı və premium standartlarının qorunması
• Rəhbərliyə gündəlik iş və satış hesabatlarının təqdim edilməsi
• Problemli situasiyaların operativ və düzgün həll olunması
Oxşar vakansiyalar
Reception
Elit Leasing MMC • Bakı
Arxiv işi üzrə baş mütəxəssis
PASHA Insurance • Bakı
Direktor köməkçisi
Massi • Bakı
Проектный менеджер
OMP Academy • Bakı
Xadimə
25 Plaza • Bakı
Ofis meneceri
KaryeraKadr • Bakı