E

English Hub

Son tarix: 18 Oktyabr 2026

Administrator

İnzibati İşlərBakıTam Ştat8 Sentyabr 2026130

200

Vakansiya haqqında

📢 ENGLISH HUB KOMANDASINA ADMINISTRATOR  AXTARILIR! 💙

Biz komandamıza sadəcə administrator deyil, enerjisi ilə işə rəng qatan, insanlarla rahat ünsiyyət quran və təşəbbüs göstərməyi sevən bir komanda üzvü axtarırıq! ✨

🌟 Sən necə biri olmalısan?

• 😊 Gülərüz, pozitiv və xoş ünsiyyətli
• 🗣️ İnsanlarla rahat və düzgün kommunikasiya qura bilən
• ⚡ Aktiv, enerjili və operativ
• 💡 Təşəbbüskar və işgüzar – işi yalnız verilən tapşırıq kimi gözləməyən
• 🤝 Komandada işləməyi sevən
• 🎯 Məsuliyyətli, diqqətli və təşkilatçı
• 📱 WhatsApp, Instagram və digər platformalarda işləmə bacarığı olan

📌 Əsas vəzifələr:
• Tələbə və valideynlərlə ünsiyyət
• Gələn müraciətlərin cavablandırılması
• WhatsApp və sosial media mesajlarının idarə olunması
• Tələbə qeydiyyatı və məlumatların koordinasiyası
• Dərs cədvəllərinin və gündəlik proseslərin təşkili
• Müəllim, tələbə və valideynlər arasında əlaqənin təmin edilməsi
• Kursa gələn tələbə və qonaqların qarşılanması
• Tədris mərkəzinin gündəlik işlərinin idarə olunmasına dəstək

🌍 Dil tələbləri:
🇦🇿 Azərbaycan dili – yüksək səviyyədə
🇬🇧 İngilis dili – A2 səviyyəsi kifayətdir
🇷🇺 Rus dili – danışıq səviyyəsində bilmək üstünlükdür

📍 İş yeri: English Hub Tədris Mərkəzi

💙 Əgər enerjiniz, ünsiyyətiniz və təşəbbüskarlığınızla komandaya dəyər qatacağınıza inanırsınızsa — sizi gözləyirik!

Oxşar vakansiyalar