N
Neshrix
AI Fullstack Engineer
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkət haqqında
NESHRIX — Azərbaycanda ilk AI agentliyidir. Orta və iri bizneslər üçün əməliyyat AI sistemləri tətbiq edirik. Sadə chatbot deyil — satış, dəstək, analitika və əməliyyat proseslərini idarə edən tam AI agent sistemləri qururuq.
İlk müştərilər artıq var. İndi isə bunu ilk gündən bizimlə birlikdə quracaq mühəndis axtarırıq.
Nə edəcəksiniz
- Claude Code + Antigravity/Cursor ilə işləmək — AI-generated kodu qəbul etmək, yoxlamaq, tamamlamaq və deploy etmək
- Təhlükəsiz arxitektura qurmaq — giriş məhdudiyyəti, məlumat izolyasiyası, audit log
- Claude API əsasında agent sistemləri qurmaq — arxitekturadan production deploy-a qədər
- Müştəri sistemlərini inteqrasiya etmək — Bitrix24, 1C, SAP, WhatsApp Business, Telegram və xüsusi API-lər
- Müştərilər üçün dashboardlar hazırlamaq — agent idarəetməsi və analitika üçün React interfeyslər
Mütləq tələblər
- Node.js və ya Python
- Dərin səviyyə — event loop, async, production-ready servislər. Yalnız skript yazmaq yox.
- PostgreSQL / Supabase
- Əminliklə — mürəkkəb sorğular, indekslər, pgvector, JOIN performansı.
- Docker + VPS
- Əminliklə — deploy, nginx, SSL, env idarəetməsi. Sistem kompütersiz işləyə bilməlidir.
- REST API inteqrasiyaları
- Əminliklə — OAuth, webhook, retry məntiqi, xarici servislərdə uğursuzluqların idarə edilməsi.
- Backend arxitekturası
- Əminliklə — növbələr, cache, failure point-lər. Sistemi layihələşdirə bilir.
- React / Next.js
- Əsas — müştərinin qarşısına çıxarmaqdan utanmayacağınız dashboardlar.
- Claude Code
- Rahat — AI-generated kodu oxuyur, tamamlayır və deploy edir. Hər şeyi sıfırdan yazmır.
Böyük üstünlük
- n8n və Make ilə iş təcrübəsi
- Claude API / OpenAI API ilə real layihələrdə tool use, streaming, kontekst idarəetməsi
- Redis — cache və tapşırıq növbələri
- Bitrix24 / AmoCRM API inteqrasiyaları
Uyğun deyilsiniz əgər
- Yalnız landing, WordPress və backend-siz mobil tətbiqlər üzərində işləmisinizsə
- Production-da canlı layihəniz olmayıbsa
- Claude Code, Cursor kimi AI alətləri sizə yad gəlirsə
- Mövcud kodu inkişaf etdirmək əvəzinə hər şeyi sıfırdan yazmağa üstünlük verirsinizsə
Biz təklif edirik
- 4 000 AZN-dən / ay
- NESHRIX-də ilk texniki insan olmaq və məhsulun arxitekturasına birbaşa təsir etmək imkanı
- İlk aydan Azərbaycanın iri müştəriləri ilə birbaşa işləmək
- Claude və ən güclü AI alətləri ilə gündəlik iş prosesi
- Ofis formatında iş — Bakı
CV və production-dakı son canlı layihələrinizin linklərini göndərin.
Production-da canlı layihəsi olmayan namizədlər nəzərə alınmır.
Müraciət üçün: [email protected]
Oxşar vakansiyalar
S
Dünən
Full-stack developer
Smartbee • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Kiçik Şəbəkə administratoru
Baku Bus • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Rəqəmsal buraxılışlar üzrə operator
AzInTelecom • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Middle penetration tester
AzInTelecom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Dünən
MRP üzrə Kiçik Mütəxəssis
Norm OJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Junior Sistem and Network Administrator
Azza Gastronom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et