Solvante MMC
Alman dili müəlliməsi / müəllimi
450 ₼
Vakansiya haqqında
Alman dili müəllimi — Onlayn/Hibrid (layihə əsaslı əməkdaşlıq)
Solvante Group MMC — Azərbaycandan Almaniyaya iş vizası və Ausbildung istiqamətində gedən namizədlərə dəstək olan konsaltinq şirkətidir. Alman dili hazırlıq proqramımız üçün müəllim axtarırıq.
Bu vakansiya kimlər üçündür:
Yeni məzun olmuş və ya tədris təcrübəsi az olan, lakin alman dilini yaxşı bilən və işini ciddi aparan namizədlər üçün. Təcrübə tələb olunmur — proqram, dərs planı və materiallar tərəfimizdən verilir.
Nə təklif edirik:
- Tələbələri biz tapırıq — reklam, müraciət və qeydiyyat bizim üzərimizdədir, siz yalnız tədrisə fokuslanırsınız
- Hazır proqram və dərs planı — sıfırdan müfredat qurmağa ehtiyac yoxdur
- Çevik qrafik: A1 səviyyəsi həftədə 3 dərs, A2 səviyyəsi həftədə 2 dərs
- Onlayn və ya ofisdə (AF MALL, Səməd Vurğun 34) çalışma imkanı
- Danışıq dərsləri ayrıca tərəfimizdən aparılır — sizin yükünüz yalnız qrammatika və kitab üzrə tədrisdir
- Layihə əsaslı ödəniş: qrup və tələbə sayına görə. Proqram genişləndikcə ödəniş modeli də yenidən nəzərdən keçirilir
- Uzunmüddətli əməkdaşlıq imkanı — məqsədimiz daimi komanda qurmaqdır
Qeyd: Bu vakansiya sabit aylıq əmək haqqı deyil, layihə əsaslı əməkdaşlıq formatındadır. Şərtlər müsahibə zamanı ətraflı müzakirə olunur.
Müraciət:
CV-nizi [email protected] ünvanına göndərin.
Seçilmiş namizədlər müsabiqəyə dəvət ediləcək.
Tələblər:
- Alman dili ən azı B2 səviyyəsində
- A1–A2 səviyyələrini kitab üzrə tədris etmək bacarığı
- İntizam və məsuliyyət: dərslərin vaxtında və plana uyğun keçirilməsi
- Rəsmi diplom şərt deyil
Oxşar vakansiyalar
Primary Homeroom Teacher – Maternity Leave Cover (Full-Time)
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi • Bakı
Fitness Instructor / İdman üzrə təlimatçı
Chenot Palace • Qəbələ
Python müəllimi (AI inteqrasiyası və avtomatlaşdırma)
Celt Colleges • Bakı
Mexatronika müəllimi
Maestro School • Bakı
Teacher Assistant
Maestro School • Bakı
Azərbaycan dili müəllimi
MAYA UŞAQ BAĞÇASI • Bakı