P
Prime Light
Anbar koordinatoru
Müsahibə əsasında
Vakansiya haqqında
İşin təsviri:
- Mərkəzi anbarın gündəlik əməliyyat fəaliyyətinin səmərəli idarə olunmasına cavabdehdir. Məhsulların qəbul, saxlanma, inventar nəzarəti, yükləmə və göndərilmə proseslərini koordinasiya edir, kirayə anbar təminatçısının fəaliyyətinə nəzarət edir və xidmət səviyyəsinin müəyyən edilmiş standartlara uyğunluğunu təmin edir. Məhsul ehtiyatlarının düzgün idarə olunmasını, sifarişlərin vaxtında və dəqiq icrasını, təhlükəsizlik və uyğunluq tələblərinə riayət edilməsini təmin etməklə anbar əməliyyatlarının fasiləsiz və effektiv həyata keçirilməsini dəstəkləyir.
Vəzifə öhdəlikləri:
- Günlük inventarın izləyir və mərkəz anbarda məhsulların mövcudluğunu təmin edir.
- Malların yüklənməsi, boşaldılması və inventar nəzarəti proseslərini idarə edir.
- Mərkəz anbarda məhsulların təhlükəsiz və uyğun şəraitdə saxlanılmasını və vaxtında yüklənməsini təmin edir.
- Kirayə anbar təminatçısı ilə əlaqə qurur, gündəlik və ya həftəlik görüşlər keçirir.
- Gecikmələrin qarşısını almaq və problemləri vaxtında həll etmək üçün kirayə anbar təminatçısı ilə sıx əməkdaşlıq edir.
- Kirayə anbar təminatçısının xidmət keyfiyyətinə nəzarət edir və xidmət səviyyəsi haqqında hesabatlar hazırlayır.
- Məhsulların göndərmə və qəbul əməliyyatlarını izləyir və təşkil edir.
- Kirayə anbar təminatçısı tərəfindən göndərilmələrin və qəbul edilən malların dəqiqliyini və düzgünlüyünü təmin edir.
- Sifarişlərin vaxtında çatdırılması üçün daşınma planlarını izləyir və lazımi düzəlişləri edir.
- Mərkəz anbarda aylıq inventar yoxlamaları aparır və uyğun olaraq hesabatlar hazırlayır.
- İtki və ya səhvlərin minimuma endirilməsi üçün tədbirlər görür və prosesləri təkmilləşdirir.
- Müştəri sifarişlərinin düzgün hazırlanmasını və vaxtında göndərilməsini təmin edir.
- Anbarda təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
- Əməliyyatların standartlara və uyğunluq qaydalarına uyğun şəkildə aparılmasına nəzarət edir.
Tələblər:
- Logistika, Anbar İdarəetməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi və ya peşə təhsili.
- Anbar və inventar idarəetməsi üzrə ən azı 2-3 il iş təcrübəsi.
- 1C proqramında işləmək bacarığı.
- Yaxşı təşkilatçılıq, vaxtın idarə edilməsi və problemlərin həlli bacarığı.
- Güclü kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- İş qrafiki: 5 günlük (08:00-17:00)
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
- Ünvan: Abşeron logistika mərkəzi
CV-nizi mövzu hissəsində “Anbar koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Sürücü-ekspeditor
Azza Gastronom • Bakı
Tam Ştat
900 ₼Müraciət et
1
Bugün
Sürücü cəlbi üzrə mütəxəssis
189 Taxi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Bugün
Təchizat üzrə menecer
Embawood • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Sifarişlərin idarə olunması üzrə mütəxəssis
Foriella • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Logistika üzrə Təchizat və Tədarük Mütəxəssisi
MG Transport • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
M
Bugün
Logistika əməliyyatları üzrə Mütəxəssis
MG Transport • Bakı
Tam Ştat
800 ₼Müraciət et