A
AT - Geotech MMC
Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri
800 ₼
Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
- Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək;
- Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
- Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək;
- Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq;
- Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək;
- Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq;
- SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək;
- Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək;
- Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
- Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq;
- Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək;
- Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
- Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq;
- MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı;
- Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq;
- Komanda idarəetmə və təşkilatçılıq bacarıqları.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 5 günlük, 09:00–18:00
- Əməkhaqqı: 800–1000 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
A
Anbardar - Sabirabad rayonu
Aqrar İnnovasiya və Təchizat Şirkəti
SabirabadTam Ştat
900 ₼Bugün
T
Sürücü
TAM-İZ MMC
BakıTam Ştat
700 ₼Bugün
A
Sürücü-ekspeditor (Xırdalan)
Azza Gastronom
BakıTam Ştat
900 ₼Bugün
N
Yanacaq Doldurma Məntəqəsi üzrə Operator (Laçın)
North West
LaçınTam Ştat
Müsahibə əsasındaBugün
R
Xarici satınalma üzrə mütəxəssis
Rortvest Safety uniform
BakıTam Ştat
Müsahibə əsasındaBugün
K
Çatdırılma Sürücüsü
Karaca
BakıTam Ştat
1500 ₼Bugün
