700 ₼
Vakansiya haqqında
Əməkdaşın əsas vəzifəsi anbar daxilində işlərin yerinə yetirilməsi, malların sifarişlərə uyğun hazırlanması və anbar üzrə gündəlik işlərin icrasıdır. Anbarda nəzərdə tutulmuş işlər tamamlandıqdan sonra əməkdaş sürücüyə malların müştərilərə çatdırılması və sifarişlərin təhvil verilməsi prosesində köməklik göstərir.
Hər ayın sonunda,verilmiş sifarişlərdən bonus premiya.
Sürücü Kategoriyası BC,fors major halda sürücünü əvəz etmək üçün
İş yeri Koroğlu Asan Xidmət 5-in yanında
İş Saatları 09:00-dan-18:00-dək.
Həftənin 6 gün iş günüdür.
Tələblər:
Fiziki cəhətdən sağlam və yük qaldırmağa uyğun olmaq;
- Fiziki işə və aktiv iş rejiminə hazır olmaq;
- Məsuliyyətli və intizamlı olmaq;
- Mallarla diqqətli və səliqəli davranmaq;
- Sifarişlərin düzgün yığılmasına və təhvil verilməsinə diqqət yetirmək;
- Qaimə və sifarişlər üzrə sadə yoxlamaları həyata keçirə bilmək;
- Komandada işləmə bacarığı;
- Sürücü və digər əməkdaşlarla koordinasiyalı işləmək;
- Müştərilərlə ünsiyyət qurarkən nəzakətli və düzgün davranmaq;
- İş zamanı verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Anbarda və avtomobildə təhlükəsizlik qaydalarına riayət etmək;
- İş yerində təmizliyə və səliqəyə riayət etmək;
- İş qrafikinə və əmək intizamına riayət etmək;
- Anbar və çatdırılma sahəsində əvvəlki iş təcrübəsinin olması arzuolunandır, lakin məcburi deyil.
Vəzifə öhdəlikləri:
Anbarda:
- Malların qəbulunda və boşaldılmasında iştirak etmək;
- Malları anbarda müvafiq yerlərdə düzgün yerləşdirmək;
- Sifarişlərə və qaimələrə əsasən malları toplamaq;
- Malların sayını və çeşidini yoxlamaq;
- Malları sifarişlər üzrə hazırlamaq və qablaşdırmaq;
- Malların avtomobilə yüklənməsində iştirak etmək;
- Anbarda təmizliyə və səliqəyə riayət etmək;
- Malların düzgün saxlanılmasına və bütövlüyünə diqqət yetirmək;
- İnventarizasiya və mal qalıqlarının yoxlanılması prosesində iştirak etmək;
- Qaytarılan və zədələnmiş malları ayırmaq və məsul şəxsə məlumat vermək.
Anbar üzrə işlər tamamlandıqdan sonra, çatdırılma zamanı:
- Sürücü ilə birlikdə müştərilərə sifarişlərin çatdırılmasında iştirak etmək;
- Malların avtomobildən boşaldılmasına kömək etmək;
- Malları müştəriyə qaiməyə uyğun şəkildə təhvil vermək;
- Təhvil verilən malların sayını və çeşidini müştəri ilə birlikdə yoxlamaq;
- Müştərilərdən qaytarılan malların avtomobilə qəbul edilməsinə və anbara qaytarılmasına kömək etmək;
- Daşınma zamanı malların qorunmasına və düzgün yerləşdirilməsinə diqqət yetirmək;
- Sürücüyə çatdırılma prosesi ilə bağlı digər işlərdə köməklik göstərmək.
Qeyd: Əməkdaşın iş funksiyalarının ardıcıllığı gündəlik iş yükündən asılı olaraq dəyişə bilər. İlk növbədə anbar üzrə tapşırıqlar yerinə yetirilir, həmin işlər tamamlandıqdan sonra əməkdaş çatdırılma prosesində sürücüyə kömək edir.
Oxşar vakansiyalar
Anbardar, mal qəbulu
RBaku • Bakı
Satınalma üzrə baş mütəxəssis
Mars Overseas Baku • Bakı
Planning & Delivery Specialist for Raw & Packaging Materials (R&PM)
Carlsberg Azerbaijan • Bakı
Satınalmalar üzrə aparıcı mütəxəssis
PMD Projects LLC • Bakı
Sürücü
İnci Group of Companies QSC • Bakı
Kuryer
CLCS • Bakı