N

Nero Print

Son tarix: 14 Noyabr 2026

Anbardar

Logistika və TəchizatBakıTam Ştat14 Oktyabr 202685

600 ₼

Vakansiya haqqında

Nero Print çap, poliqrafiya və promo məhsullarının istehsalı ilə məşğul olan şirkətdir. Şirkətimizin anbarında işləmək üçün məsuliyyətli və diqqətli anbardar axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan material və məhsulların qəbulu, yoxlanılması və yerləşdirilməsi;
  • Kağız, dəri, süni dəri, çap materialları, promo məhsulları və digər ehtiyatların uçotunun aparılması;
  • Materialların istehsalata təhvil verilməsi və çıxışının qeydiyyatı;
  • Hazır məhsulların anbara qəbulu və təhvil prosesinə nəzarət;
  • Anbardakı faktiki qalıqların uçot göstəriciləri ilə uyğunluğunun yoxlanılması;
  • Müntəzəm inventarizasiyanın aparılması;
  • Anbarda məhsulların düzgün və səliqəli saxlanılmasının təmin edilməsi;
  • Anbar sənədlərinin vaxtında və düzgün hazırlanması;
  • Rəhbərliyə material qalıqları və çatışmazlıqlar barədə məlumat verilməsi.

Namizədə tələblər:

  • Cins: kişi;
  • Anbardar və ya anbar uçotu sahəsində iş təcrübəsi arzuolunandır;
  • Uçot və hesablama bacarığı;
  • Kompüter və Excel proqramında işləmək bacarığı üstünlükdür;
  • Diqqətli, məsuliyyətli, dürüst və intizamlı olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Fiziki işə hazır olmaq.

İş şəraiti

  • Əməkhaqqı: 600–700 AZN
  • Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək.
  • İş yeri: Bakı şəhəri
  • Şirkət: Nero Print

CV-nizi mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

Oxşar vakansiyalar