A
Az-Tex-İmport MMC
Anbardar (Avto nəqliyyat ehtiyat hissələri üzrə)
800 ₼
Vakansiya haqqında
"Az-Tex-İmport" MMC "Anbardar (Avto nəqliyyat ehtiyat hissələri üzrə)" axtarılır
İş barədə qısa məlumat:
- Əmək haqqı: 800 – 1200 AZN (namizədin təcrübə və bacarığına əsasən dəyərləndiriləcək)
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı)
Əsas öhdəliklər:
- Avtomobil ehtiyat hissələrinin anbara qəbulu, yoxlanılması və müvafiq rəflərdə (kateqoriyalar üzrə) səliqəli yerləşdirilməsi;
- Sifarişlərə və qaimələrə əsasən ehtiyat hissələrinin anbardan çıxarılması, qablaşdırılması və aidiyyəti üzrə təhvil verilməsi;
- Anbarda olan mal qalıqlarına daimi nəzarət edilməsi və uçotun aparılması;
- Mütəmadi olaraq inventarizasiya (sayım) proseslərində iştirak etmək;
- Anbarın təmizliyinə, malların təhlükəsizliyinə və saxlanma şəraitinə riayət etmək.
Namizədə dair tələblər:
- Təcrübə: Avtomobil ehtiyat hissələri və anbar uçotu sahəsində müvafiq iş təcrübəsi;
- Kompüter bilikləri: MS Excel proqramında işləmək bacarığı (mütləqdir). 1C proqramını bilmək böyük üstünlükdür;
- Dil bilikləri: İngilis dilini bilməsi üstünlükdür.
- Fiziki cəhətdən sağlam, dəqiq, məsuliyyətli və detallara qarşı diqqətli olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Anbardar (Ehtiyat hissələri)" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
M
3 İyul 2026
Satınalma üzrə aparıcı mütəxəssis
METAK • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
3 İyul 2026
Çatdırılmalar üzrə operator
Kontakt Home • Bakı
Tam Ştat
650 ₼Müraciət et
B
3 İyul 2026
Satınalma - Sürücü
Baku Elektrik MMC • Bakı
Tam Ştat
750 ₼Müraciət et
A
3 İyul 2026
Anbar operatoru
Azerbaijan Poultry Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
3 İyul 2026
Anbardar (Füzuli rayonu)
Azerbaijan Poultry Company • Füzuli
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
3 İyul 2026
Alış Meneceri
AzəriMed MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et