C
Capital Construction MMC
Anbardar (Şəki)
900 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq;
- Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək;
- Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək;
- Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək;
- Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq;
- Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək;
- Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq;
- Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti:
- İş yeri: Şəki şəhəri
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Namizədin Şəki şəhərində daimi yaşayışının olması zəruridir.
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır);
- Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyət və operativlik;
- Komanda ilə işləmək və riyazi təfəkkür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar (Şəki)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiyalar
A
Dünən
Satınalma üzrə aparıcı mütəxəssis
AgroTrade Supply • Balakən
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Dünən
Sürücü
Ecolaundry • Bakı
Tam Ştat
700 ₼Müraciət et
G
4 Sentyabr 2026
Anbar üzrə operator
Gen Pharma Caucasus Manufacturing Operations • Bakı
Tam Ştat
800 ₼Müraciət et
"
4 Sentyabr 2026
Sürücü
"Avromak" MMC İstehsalat və satış • Bakı
Tam Ştat
600 ₼Müraciət et
C
4 Sentyabr 2026
Anbardar
Cronos Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
4 Sentyabr 2026
Anbar Fəhləsi
Amper Elektrik • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et