P

PASHA Life

Son tarix: 16 Avqust 2026

Aparıcı Biznes Partnyor

İnsan ResurslarıBakıTam Ştat16 İyul 202642

Müsahibə əsasında

Vakansiya haqqında

İnsan Resursları departamenti, Biznes Partnyorluq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Biznes bölmələri üzrə rəhbərlərlə sıx əməkdaşlıq edərək İR strategiyasının həyata keçirilməsini təmin etmək;
  • Təşkilati strukturun, işçi heyətinin planlaşdırılması və işçi qüvvəsi optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
  • Performansın idarə edilməsi, məqsədlərin müəyyənləşdirilməsi, istedadların qiymətləndirilməsi və varislik planlaşdırılması proseslərində iştirak etmək;
  • Namizədlərin müsahibələrinin keçirilməsində iştirak etmək, kompetensiya əsaslı qiymətləndirməni həyata keçirmək və seçim qərarlarına tövsiyələr vermək;
  • Namizəd təcrübəsinin yüksək səviyyədə təmin edilməsinə nəzarət etmək və işəgötürən brendinin gücləndirilməsinə töhfə vermək;
  • İşçi bağlılığı, korporativ mədəniyyət və dəyişikliklərin idarə olunması üzrə təşəbbüsləri həyata keçirmək;
  • Rəhbərlərə İR siyasətləri, əmək qanunvericiliyi və insan resursları üzrə ən yaxşı təcrübələr barədə məsləhət vermək;
  • Əmək münasibətləri, intizam məsələləri və işçi münasibətlərinin effektiv idarə olunmasını təmin etmək;
  • Müxtəlif İR transformasiya və təşkilati inkişaf layihələrində iştirak etmək.

Namizədə olan tələblər:

  • İR Biznes Partnyor və ya oxşar strateji İR vəzifəsində minimum 2-3 il iş təcrübəsi;
  • İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Performansın idarə edilməsi, istedadların idarə olunması, varisliyin planlaşdırılması, dəyişikliklərin idarə olunması və əməkdaş münasibətlərinin idarə edilməsi və işəqəbul sahələrində praktiki təcrübə;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür);
  • Güclü analitik düşüncə və biznes yönümlü yanaşma;
  • Yüksək səviyyədə ünsiyyət, təsir etmə, danışıqların aparılması və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq və idarə etmək bacarığıı;
  • Layihələrin idarə olunması və dəyişikliklərin effektiv şəkildə həyata keçirilməsi bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar