P

Premium Bank

Son tarix: 9 Oktyabr 2026

Aparıcı hüquqşünas

HüquqBakıTam Ştat10 Sentyabr 202653

Müsahibə əsasında

Vakansiya haqqında

“Premium Bank” ASC Hüquq departamentinin Aparıcı hüquqşünas vakansiyasını elan edir.

İşin təsviri:

  • Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
  • Müqavilələrin hüquqi ekspertizasının aparılması;
  • Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması və tətbiqi ilə bağlı yaranmış sualların cavablandırılması;
  • İdarə Heyətinin protokollarının hazırlanması və uçotun aparılması;
  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Hüquq departamentinə daxil olan sorğuların cavablandırılması və görülmüş işlərin uçotunun aparılması;
  • Bankın aidiyyəti struktur bölmələrinin işçilərinə etibarnamələrin hazırlanması;
  • Bankın struktur bölmələrinin iş fəaliyyətində hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylərin və/ və ya məsləhətlərin verilməsi;
  • Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi.

Namizədə dair tələblər:

  • Ali hüquqi təhsilinin olması;
  • Azərbaycan Respublikasının bank, mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • MS Office proqramlarından istifadə etmə bacarığı;
  • Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübənin olması arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar