A
Azərbaycan Mikro Kredit BOKT
Aparıcı IT Biznes Analitik - Azərbaycan Mikro Kredit BOKT
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas Vəzifə və Öhdəliklər:
- Biznes tələblərinin toplanılması, təhlili və sənədləşdirilməsi;
- Biznes proseslərin xəritələşdirilməsi və modelləşdirilməsi (BPMN, UML vasitəsilə);
- Biznes komandası və İT (developer/QA) komandaları arasında effektiv əlaqənin qurulması və tərcüməçi rolu oynanılması;
- Hazırlanmış funksionallıqların biznes tələblərinə uyğunluğunun yoxlanılması (UAT - İstifadəçi Qəbul Testlərində iştirak);
- Layihənin idarə edilməsi alətlərində (məs. Jira, Confluence) tapşırıqların yaradılması və statuslarının izlənilməsi;
- Komanda daxilində keçirilən gündəlik (Daily), planlama (Planning) və retrospektiv görüşlərdə fəal iştirak.
Namizədə Olan Tələblər:
- Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Riyaziyyat, Statistika və ya Mühəndislik ixtisasları üzrə);
- Təcrübə: 1 il;
- Nəzəri Biliklər: Proqram Təminatının İnkişaf Dövrü (SDLC), Agile/Scrum və Waterfall metodologiyaları haqqında möhkəm baza bilikləri;
- Verilənlər Bazası (SQL): SQL üzrə inamlı praktiki biliklərə sahib olmaq (müntəzəm olaraq SELECT, JOIN, WHERE, GROUP BY kimi sorğuları müstəqil yaza bilmək, cədvəlləri birləşdirə bilmək və bazadan lazımi analitik məlumatları çıxara bilmək);
- API və Sistem İnteqrasiyası: API-lərin (xüsusilə REST arxitekturası və JSON formatı) işləmə prinsiplərini dərindən başa düşmək. Sistemlərarası əlaqəni yoxlamaq və sənədləşdirmək üçün Postman (və ya oxşar API test alətləri) ilə sərbəst və praktik işləyə bilmək;
- UI/UX Prinsipləri: İstifadəçi interfeysi və təcrübəsi (UI/UX) dizaynının əsas qaydalarına və standartlarına bələd olmaq. Dizaynerlərlə (məsələn, Figma üzərindən) effektiv işləmək, maketləri (wireframes/mockups) texniki və biznes məntiqi baxımından qiymətləndirə bilmək;
- Sahəvi (Domain) Biliklər: Maliyyə / Bankçılıq / E-ticarət / sahəsinin əsas biznes prosesləri, qaydaları və spesifik terminologiyası haqqında baza biliklərinə malik olmaq;
- Alətlər: MS Office (xüsusilə Excel-in qabaqcıl funksiyaları) proqramlarını əla bilmək. Jira, Confluence, Draw.io/Visio kimi alətlərlə gündəlik iş səviyyəsində işləyə bilmək;
- Dillər: Azərbaycan dilini mükəmməl, İngilis dilini isə texniki ədəbiyyatı, API dokumentasiyalarını oxuyacaq və xarici komandalarla ünsiyyət quracaq səviyyədə (A2+) bilmək;
- Şəxsi keyfiyyətlər: Güclü analitik və məntiqi düşüncə, detala diqqət, yüksək ünsiyyət bacarığı və mürəkkəb biznes problemlərini İT dilinə tərcümə etmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
Senior React Developer
Clopos • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Dünən
IT üzrə kiçik mütəxəssis
Group Motors • Sumqayıt
Təcrübə
700 ₼Müraciət et
A
Dünən
Sistem and Network Administrator
Azza Gastronom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Aparıcı L2 Texniki Dəstək Mütəxəssisi
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Junior Data Analyst
Ateshgah Sigorta • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
1
Dünən
Data Analitik
166 Yükdaşıma və Logistika • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et