A
Azera Holding
Aparıcı Mühasib
1500 ₼
Vakansiya haqqında
“AZERA Holding”in tərkibində fəaliyyət göstərən “AzEmal” MMC Aparıcı Mühasib vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
- Bank, kassa və digər maliyyə əməliyyatlarının uçotunu aparmaq və nəzarətdə saxlamaq;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər uçot sənədlərinin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
- Debitor və kreditor borclarının uçotunu aparmaq, üzləşmə aktlarını hazırlamaq;
- Vergi, statistika, DSMF və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını təmin etmək;
- Əmək haqlarının, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək;
- Əsas vəsaitlərin, mal-materialların və ehtiyatların uçotunu aparmaq;
- İdxal və ixrac əməliyyatlarının uçotunu və maya dəyərinin hesablanmasını həyata keçirmək;
- Maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlanmasında iştirak etmək;
- Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması və müvafiq yazışmaları aparmaq;
- ERP, 1C və elektron dövlət portallarında mühasibat əməliyyatlarını həyata keçirmək;
- Mühasibat sənədlərinin arxivləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıqla bağlı tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3–5 il, aparıcı mühasib vəzifəsində isə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
- 1C 8.3, ERP sistemləri, MS Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- e-taxes.gov.az, e-gov.az, e-sosial.az, DSMF, ƏDV (VAT) və digər elektron dövlət portalları ilə işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik, dürüstlük və operativlik;
- Komandada işləmək və vaxtı düzgün idarəetmə bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 1500 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "AzEmal MMC – Aparıcı mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
1
Bugün
1C Proqramlaşdırma üzrə Təcrübəçi
1 Soft • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühasib
Azera Holding • Bakı
Təcrübə
1500 ₼Müraciət et
A
Bugün
Xəzinədar (Kassir) (Ofis daxili)
AZKO İNŞAAT • Bakı
Tam Ştat
—Müraciət et
P
Bugün
Hesab və Ödəniş Xidmətləri, Maliyyə Texnologiyaları sahəsinin Elektron Ticarət qrupunun Baş Məhsul Sahibi
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Cost Control Specialist (Otel və Restoran)
Cənnət Bağı Şirkətlər Qrupu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Baş Mühasib
Almet-STP MMC • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et