A
ABB-İnvest İnvestisiya Şirkəti QSC
Aparıcı mühasib
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
- Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifə və öhdəliklər
- Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması;
- Mühasibat əməliyyatlarının 1C proqramında işlənilməsi və müvafiq hesablar üzrə nəzarətin həyata keçirilməsi;
- Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;
- Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu ilə üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçotunun aparılması;
- Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi;
- Vergi hesablamalarının aparılması və vergi bəyannamələrinin hazırlanmasında iştirak;
- Dövlət qurumlarına təqdim edilən müvafiq hesabatların hazırlanması;
- Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak;
- Maliyyə hesabatlarının hazırlanmasında iştirak və müvafiq məlumatların düzgünlüyünün yoxlanılması;
- Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və digər köməkçi reyestrlərlə üzləşdirilməsi;
- Audit və digər yoxlamalar zamanı tələb olunan maliyyə və mühasibat məlumatlarının hazırlanması;
- Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Namizədə tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq və ya maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
- PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir;
- 1C mühasibat proqramı ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
- Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır;
- ACCA F7 (Financial Reporting) üzrə sertifikat mütləqdir;
- Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
- Müstəqil işləmək və müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Aparıcı mühasib” qeyd edin.
Oxşar vakansiyalar
S
Bugün
Mal-material üzrə mühasib
Strata • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
G
Bugün
Filial meneceri (Şabran filialı)
GL ASC • Bakı
Tam Ştat
—Müraciət et
G
Bugün
Filial Meneceri (Şabran)
GL ASC • Şabran
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Mütəxəssisi
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Y
Bugün
Mühasib
Yoboo.az • Bakı
Tam Ştat
600 ₼Müraciət et