İ
İnomarka.az
Aparıcı Mühasib
Müsahibə əsasında
Vakansiya haqqında
Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının idarə olunması
- Bank əməliyyatları (mədaxil və məxaric), kassa, əməkhaqqı, əsas vəsaitlər, debitor və kreditorların uçotunun aparılması
- Vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
- İşçilərin işə qəbulu, xitamı və digər HR əməliyyatlarının icrası
- Əmək müqavilələri və digər müqavilələrin tərtib olunması
- Vergi orqanlarından daxil olan məktubların cavablandırılması
- DSMF və Statistika Komitəsinə hesabatların hazırlanması
- Bütün növ sənədləşmələrin və üzləşmələrin aparılması
- Daxili maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması
- Rəhbərlik tərəfindən verilən digər vəzifə tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
- Ancaq rus dili sərbəst olan xanım namizədlərin müraciəti nəzərə alınacaqdır
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)
- İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər
- Qanunvericilik bilikləri: Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və digər normativ aktlar üzrə biliklər
- Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı
- Yük və gömrük bəyannamələri üzrə biliklər
- PMS sertifikatı arzuolunandır
- Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş şəraiti:
- Əməkhaqqı: Razılaşma yolu ilə
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
- İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Aparıcı Mühasib) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
K
Bugün
Daxili audit üzrə mütəxəssis / aparıcı mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Lombard Kreditləri üzrə menecer
Mikrocredit MMC • Lənkəran
Tam Ştat
600 ₼Müraciət et
M
Bugün
Əməliyyatçı mühasib
Mikrocredit MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Dünən
Xəzinədar
Positive Psychology Center • Bakı
Tam Ştat
800 ₼Müraciət et
G
Dünən
Kredit mütəxəssisi
Güvənli MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
P
Dünən
Məhsul üzrə Mütəxəssis (Hesab və ödəniş xidmətləri)
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et