S

Samadov Law & Audit

Son tarix: 23 Oktyabr 2026

Aparıcı mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat23 Sentyabr 202683

1000

Vakansiya haqqında

Namizədə tələblər:

  • Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
  • Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
  • Müəssisənin mühasibat uçotunu müstəqil şəkildə tam aparmaq bacarığı;
  • ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər zəruri vergi və statistik hesabatların hazırlanması, yoxlanılması və müvafiq dövlət portalları vasitəsilə müstəqil şəkildə təqdim edilməsi;
  • E-taxes.gov.az və digər aidiyyəti elektron dövlət portallarından sərbəst istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə yaxşı praktiki biliklər;
  • 1C 8.2 proqramında sərbəst işləmək bacarığı;
  • Bank əməliyyatlarının uçotu və bank hesabları üzrə əməliyyatların aparılması;
  • Debitor və kreditor borclarının uçotu və hesablaşmaların aparılması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və digər əməkhaqqı hesablamaları üzrə praktiki biliklər;
  • E-qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
  • Vergi, DSMF və digər dövlət orqanları ilə bağlı hesabatların və elektron müraciətlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi;
  • Sənədləşdirmə və işgüzar yazışma bacarığı;
  • Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, müraciət və sorğularını səbirli şəkildə dinləmək, düzgün yönləndirmək və yaranan məsələlərin həllində operativ dəstək göstərmək bacarığı;
  • Komandada işləmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətlərin gündəlik mühasibat uçotunun tam və düzgün aparılması;
  • Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçota alınması;
  • İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə işlənilməsi;
  • E-qaimə-fakturaların, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər mühasibat sənədlərinin hazırlanması və göndərilməsi;
  • Əməkhaqqı və digər ödənişlərin hesablanması;
  • ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər müvafiq hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müstəqil şəkildə təqdim edilməsi;
  • Vergi, DSMF və digər dövlət orqanlarından daxil olan məktub və bildirişlərin izlənilməsi, cavablandırılması və zəruri tədbirlərin görülməsi;
  • Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
  • Mühasibat uçotu üzrə məlumat bazalarının formalaşdırılması, aparılması və məlumatların düzgün şəkildə saxlanılmasının təmin edilməsi;
  • Müştərilərlə gündəlik iş üzrə peşəkar ünsiyyətin qurulması, onların mühasibatlıq və vergi məsələləri ilə bağlı sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi;
  • Rəhbərliyə tələb olunan maliyyə və mühasibat hesabatlarının hazırlanaraq təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icrası.

Üstünlük veriləcəkdir:

  • Konsaltinq sahəsində iş təcrübəsi olan namizədlərə;
  • Bir neçə şirkətin mühasibatlığını paralel şəkildə aparmış namizədlərə;
  • Vergi yoxlamaları, kameral məktublar və digər vergi orqanları ilə yazışmalar üzrə praktiki təcrübəsi olan namizədlərə.
  • Xarici dil biliyi olan namizədlərə.

İş şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
  • İş rejimi: 5 günlük iş həftəsi; iş saatları 09:00–18:00 və ya 08:00–17:00 (razılaşma əsasında);
  • İş yeri: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza.
  • Əmək haqqı (net): 1000–1300 AZN

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (Subject) hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiyalar