A

Abacus Audit &Consulting

Son tarix: 24 Oktyabr 2026

Aparıcı mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat24 Sentyabr 202638

1200

Vakansiya haqqında

İş şəraiti:
Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
Korporativ mobil nömrə;
Əmək haqqı - 1200 - 2000 AZN (danışıq əsasında)


Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.

Tələblər:

Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
İş təcrübəsi : Müvafiq sahədə minimum 5 (beş) il 
Dil biliyi: Rus dili biliyi mütləqdir,ingilis dili arzuolunandır.
Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
PMS (Peşəkar Mühasib Sertifikatı) MHBS /MHBS- KOS  sertifikatı;
Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;

Vəzifə öhdəlikləri:

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;

Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil

İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) 

Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 

Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.

ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;

Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;

Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.

Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

Tender sənədlərinin hazırlanması
Şirkətin hüquqi sənədlərinə dəyişiklik edilməsi

Oxşar vakansiyalar