C

Caspian Equipment Company

Son tarix: 6 Noyabr 2026

Aparıcı Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat6 Oktyabr 202663

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il təcrübə;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalı;
  • 1C 8.3, MS Excel və MS Word proqramlarında işləmə bacarığı olmalı

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi;
  • Vergi, DSMF, işsizlik sığortası və digər məcburi ödənişlərin hesablanması və bəyannamələrin hazırlanması;
  • Debitor və kreditor borclarına nəzarət, uzlaşmaların aparılması;
  • Audit və vergi yoxlamaları zamanı zəruri sənədlərin hazırlanması və təqdim edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Servis xidməti;
  • Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2642&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.

Oxşar vakansiyalar