İnteko MMC

İnteko MMC

Son tarix: 5 Dekabr 2026

Aparıcı mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat5 Noyabr 2026436

1000 ₼

Vakansiya haqqında

İş şəraiti:
  • İş qrafiki: Həftənin 5 günü, saat 10:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Əməkhaqqı: 1 000–1 200 AZN — namizədin bilik və təcrübəsinə uyğun olaraq;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3;
  • Tam ştat iş rejimi, rəsmi əmək münasibətləri və peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə 3–5 il iş təcrübəsi; aparıcı mühasib vəzifəsində təcrübəyə üstünlük verilir;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
  • 1C 8.3, MS Excel və elektron vergi portalları ilə işləmək bacarığı;
  • Vergi və digər məcburi hesabatların hazırlanması üzrə təcrübə;
  • Əməkhaqqı və məzuniyyət hesablamaları üzrə praktiki biliklər;
  • PMS sertifikatı və IFRS üzrə biliklər arzuolunandır; ACCA sertifikatları əlavə üstünlükdür;
  • Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mühasibat və vergi uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq;
  • İlkin mühasibat sənədlərini yoxlamaq və mühasibat proqramında işləmək;
  • Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
  • Vergi, DSMF və digər zəruri hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişləri hesablamaq;
  • Dövri maliyyə hesabatlarını hazırlamaq və aysonu/ilsonu bağlanışlarında iştirak etmək;
  • Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarət etmək;
  • Mühasibat sənədlərinin düzgün saxlanılmasını təmin etmək və dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasında iştirak etmək.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar