800 ₼
Vakansiya haqqında
Vakansiya: Aqronom
Şirkət: Uluagro MMC
İş yeri: Qax rayonu
İş rejimi: Tam ştat
Şirkət haqqında
Uluagro MMC Azərbaycanın ən böyük müasir aqroparklarından biridir. Şirkət meyvəçilik, gərzəkli bitkilər və tarla bitkiləri üzrə geniş istehsal sahələrinə malikdir və müasir aqrotexniki yanaşmaların tətbiqini prioritet hesab edir.
Komandamızı genişləndirmək məqsədilə həm təcrübəli, həm də peşəkar inkişaf etmək istəyən gənc aqronomları komandamıza dəvət edirik.
İş yeri
İş yeri Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur.
Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.
Əməkhaqqı
Namizədin bilik və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək.
Tələblər:
- Aqronomiya, Bağçılıq və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Meyvəçilik və ya gərzəkli bitkilər sahəsində biliklərə malik olmaq;
- Təcrübəli namizədlərə üstünlük verilir;
- Təcrübəsi olmayan, lakin peşəsini inkişaf etdirmək istəyən yeni məzunlar da müraciət edə bilərlər;
- Analitik düşünmə və məsuliyyətli iş yanaşması;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- İstehsal sahələrində aqrotexniki tədbirlərin icrasında iştirak etmək;
- Bitkilərin inkişafını mütəmadi izləmək və müşahidələr aparmaq;
- Xəstəlik və zərərvericilərin monitorinqini həyata keçirmək;
- Gübrələmə, bitki mühafizəsi və suvarma proqramlarının icrasına nəzarət etmək;
- Gündəlik sahə hesabatlarını hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən digər aqronomik tapşırıqları yerinə yetirmək.
Oxşar vakansiyalar
Suvarma üzrə mütəxəssis
Uluagro MMC • Qax
Baş Zootexnik (Qəbələ)
Yalama Agropark MMC • Qəbələ
Bağban
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi • Bakı
Keyfiyyət və Farmakonəzarət üzrə Mütəxəssis
Zeytun Pharmaceuticals • Bakı
Aqronom köməkçisi
Green Tech • Bakı
Baytar texnik
Azersun Holding • Hacıqabul