A

Agro Dairy

Son tarix: 22 Oktyabr 2026

Aqronom - Ceyrançöl təsərrüfatı / Samux

Kənd TəsərrüfatıSamuxTam Ştat22 Sentyabr 202665

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Pivot suvarma sistemləri ilə suvarılan sahələrdə aqrotexniki işlərin təşkil və nəzarət edilməsi;
  • Əkin sahələrinin gündəlik monitorinqinin aparılması və bitkilərin inkişaf vəziyyətinin qiymətləndirilməsi;
  • Torpağın nəmliyinin, bitkinin vegetasiya mərhələsinin və hava şəraitinin nəzərə alınaraq suvarma qərarlarının verilməsi;
  • Gübrələmə, dərmanlama və digər aqrotexniki tədbirlərin planlaşdırılması və icrasına nəzarət;
  • Alaq otları, xəstəliklər və zərərvericilərin vaxtında müəyyən edilməsi və mübarizə tədbirlərinin təşkil edilməsi;
  • Sahə üzrə məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi;
  • Texnika və sahə işçilərinin fəaliyyətinin koordinasiya edilməsi;
  • Məhsulun inkişaf dinamikasının izlənilməsi və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;

Tələblər

  • Aqronomluq və ya müvafiq kənd təsərrüfatı ixtisası üzrə ali təhsil;
  • Aqronom vəzifəsində 1-2 il iş təcrübəsi
  • Suvarma, gübrələmə və bitki mühafizəsi üzrə praktiki biliklər;
  • Torpaq və bitki analizlərinin nəticələrini düzgün qiymətləndirmək bacarığı;
  • Sahə şəraitində işləməyə uyğunluq;
  • Komanda ilə işləmək və işçiləri koordinasiya etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar