V

Veysəloğlu MMC

Son tarix: 25 İyul 2026

Arxivçi

İnzibati İşlərBakıTam Ştat25 İyun 2026290

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/Hüquq və Sənəd Dövriyyəsinin Təşkili Departamenti/Sənəd Dövriyyəsinin Təşkili Şöbəsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə öhdəlikləri:

  • Sənədlərin arxivə qəbulu, daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsini təmin etmək;
  • Sənədlərin elektronlaşdırılması prosesində iştirak etmək, o cümlədən çeşidlənməsi və kodlaşdırılmasını həyata keçirmək;
  • Tələb olunan sənədlərin elektron və fiziki formatda axtarılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
  • Fiziki və elektron sənədlərin sistemləşdirilməsi, arxivləşdirilməsi və saxlanmasına nəzarət etmək;
  • Saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsi prosesində iştirak etmək;
  • Arxiv anbarlarında sənədlərin düzgün yerləşdirilməsini və səliqə-sahmanın qorunmasını təmin etmək;
  • İş prosesində istifadə olunan texniki avadanlıqlarla (skaner, printer, kompüter və s.) işləmək;
  • Daxili qayda və prosedurlara riayət etmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Xidmət zərurəti yarandıqda bölgə ofislərinə ezam olunmaq.

Vəzifə tələbləri:

  • Orta ixtisas və ya ali təhsil;
  • Arxiv işi, sənəd dövriyyəsi və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
  • Microsoft Office və Excel proqramlarında işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar