Metal Trade MMC
Asma körpülü kran operatoru / Mexank
Müsahibə əsasında
Vakansiya haqqında
• Metal Trade MMC metal istehsalı müəssisəsi üçün təcrübəli asma körpülü kran operatoru / mexanik axtarır
• Gecə növbəsi
• Daimi və hər gün üçün deyil. Müəssisədə ehtiyac yarandığı günlərdə faktiki iş əsasında əməkdaşlıq nəzərdə tutulur
• İş forması: Faktiki iş / görüləcək iş əsasında
• Ödəniş: Görüləcək işin həcmi və mürəkkəbliyinə əsasən razılaşma yolu ilə
• Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62
Tələblər:
• Asma körpülü kranların idarə olunması üzrə real iş təcrübəsi
• Kranın mexaniki hissələri və iş prinsipi üzrə yaxşı bilik
• Reduktor, əyləc sistemi, tros, təkər və hərəkət mexanizmləri üzrə praktiki anlayış
• Mexaniki nasazlıqları müəyyən etmək və mümkün hallarda aradan qaldırmaq bacarığı
• Ağır yüklərlə işləmə və təhlükəsizlik qaydalarını bilməsi
• Məsuliyyətli, diqqətli və peşəkar olması
Vəzifə öhdəlikləri:
• Asma körpülü kranın təhlükəsiz və düzgün idarə olunması
• Metal rulon, boru, profil və digər ağır yüklərin qaldırılması, daşınması və təyin olunmuş sahəyə yerləşdirilməsi
• Yükün qaldırılmadan əvvəl düzgün bağlanmasına və təhlükəsizliyinə nəzarət
• Kranın işə başlamazdan əvvəl əsas mexanizmlərinin vizual və funksional yoxlanılması
• Kranın hərəkət, qaldırma və əyləc mexanizmlərinin işinə nəzarət
• Mexaniki nasazlıqların vaxtında müəyyən edilməsi
• Səlahiyyəti və bacarığı çərçivəsində xırda mexaniki nasazlıqların aradan qaldırılması
• Ciddi nasazlıq və təhlükəli vəziyyət aşkarlandıqda kranın istismarının dayandırılması və məsul şəxsə məlumat verilməsi
• Yükqaldırma və istehsalat təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi
Oxşar vakansiyalar
Metal paketləyici / Qablaşdırıcı
Metal Trade MMC • Bakı
Dərzi
Baku Dry Clean • Bakı
Çap və kompyuter operatoru
BEST CLUB • Bakı
Energetik (Ağdağ Gips zavodu)
Matanat A • Bakı
Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi
Bank Respublika ASC • Bakı
Keyfiyyətə Nəzarət üzrə Mühəndis
Cronos Construction • Bakı