T

TAİS İKF

Son tarix: 25 İyun 2026

Aşpaz köməkçisi (Qəssab)

Turizm və OtelçilikBakıTam Ştat25 May 202643

Müsahibə əsasında

Vakansiya haqqında

Süfrə restoranı komandamıza məsuliyyətli və təcrübəli “Aşpaz köməkçisi (Qəssab)” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Ət məhsullarının qəbulunu və keyfiyyət yoxlanmasını həyata keçirmək
  • Məhsulları gigiyena qaydalarına uyğun doğramaq, sümükdən ayırmaq və porsiyalamaq
  • Yarımfabrikatların reseptura və standartlara uyğun hazırlanmasına nəzarət etmək
  • Hazırlanmış yarımfabrikatların düzgün qablaşdırılması və etiketlənməsini həyata keçirmək
  • Məhsulların saxlanma temperaturuna və son istifadə müddətinə nəzarət etmək
  • Aşpazın göstərişlərinə uyğun gündəlik hazırlıq işlərini yerinə yetirmək
  • Mətbəx və istehsalat sahəsində sanitariya-gigiyena qaydalarına riayət etmək
  • Məhsul itkisini və israfı minimuma endirmək
  • Sifarişlərə uyğun məhsul hazırlığını vaxtında təmin etmək

Tələblər:

  • Ət parçalama və doğrama texnikalarından istifadə bacarığı
  • Marinad və yarımfabrikat hazırlanma qaydalarını bilmək
  • Gigiyena və qida təhlükəsizliyi standartlarına əməl etmək
  • İstehsalat avadanlıqlarından təhlükəsiz istifadə etmək
  • Vaxtın düzgün idarə olunması
  • Komandada işləmək bacarığı
  • Müvafiq sahə üzrə iş təcrübəsi

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşmə;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
  • Ünvan: Süfrə restoranı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aşpaz köməkçisi (Qəssab)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar