F

Falcon Finance

Son tarix: 25 İyun 2026

Audit

Maliyyə və MühasibatlıqBakıTam Ştat25 May 2026113

Müsahibə əsasında

Vakansiya haqqında

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

 Vəzifə öhdəlikləri: 

  • Bütün növ BOKT əməliyyatlarının və BOKT-də mövcud olan bütün risklərin auditini aparmaq;
  • BOKT-un maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının auditini aparmaq;
  • Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyyə etmək;
  • Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
  • Audit  zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq;
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək.

Tələblər:

  • Yaş: 21 — 35 yaş
  • Təhsil: Ali təhsil
  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil; 
  • Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür; 
  • Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKT daxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək; 
  • Analitik düşünmə, təhlil etmə qabiliyyəti. 

Qeyd - Xüsusi ilə Bank və BOKT təcrübəsi olan namizədlər tələb olunur.

Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Audit” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiyalar