FABRİORA GROUP MMC
Avtobus sürücüsü
800 ₼
Vakansiya haqqında
“FABRİORA GROUP” MMC ölkəmizdə müasir texnologiyalar əsasında "PREDO", "MİNİ BOSS" markalı uşaq bezləri, "LA LUNA" markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz yuyucu vasitələr, maye yuyucular, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Əmək haqqı: 800–900 AZN;
- 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
- Avtomobil: “Hyundai County” 29 nəfərlik (Avtomobil sürücüdə qalır)
- Sabit, uzunmüddətli və perspektivli iş mühiti.
Üstünlük veriləcək namizədlər:
Aşağıdakı ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək:
- Neftçilər metro stansiyası ətrafı;
- Xalqlar Dostluğu metro stansiyası ətrafı;
- Koroğlu metro stansiyası ətrafı;
- Bakıxanov qəsəbəsi.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini və ya əlaqə məlumatlarını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlavə məlumat üçün:
Əlavə suallar üçün 077-223-10-11 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müəssisəmizin Servis Xidmətində çalışmaq üçün Avtobus Sürücüsü vəzifəsinə məsuliyyətli və peşəkar namizədlər dəvət olunur.
Tələblər:
- "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaq;
- Yaş: 25–45;
- Avtobus sürücüsü kimi minimum 5 il iş təcrübəsi;
- Yol hərəkəti qaydalarını və təhlükəsizlik tələblərini yaxşı bilmək;
- Məsuliyyətli, intizamlı və kollektivdə işləmək bacarığına malik olmaq.
- Fiziki sağlam olmalı;
Vəzifə öhdəlikləri:
- Müəssisənin əməkdaşlarının müəyyən edilmiş marşrut üzrə təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqlar barədə aidiyyəti üzrə məlumat vermək;
- Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına tam riayət etmək;
- Avtobusun təmiz və saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Oxşar vakansiyalar
Anbardar köməkçisi
Ata Pack MMC • Bakı
Anbardar
Alba Cakes • Bakı
Avtomobil qəbulçusu - Formen
Radius • Babək
Storekeeper
IRES • Bakı
Buyer
IRES • Bakı
Logistics Manager
Global Logistics Services • Bakı