P
PMD Projects LLC
Avtomobil yolları üzrə mühəndis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Sifarişçi ilə bağlanmış podrat müqaviləsi üzrə Baş Podratçının müqavilə öhdəliklərinin, iş həcmlərinin, icra müddətlərinin və keyfiyyət tələblərinin yerinə yetirilməsini təmin etmək, müqavilənin icrasına təsir edə biləcək dəyişiklik, əlavə iş, risk və uyğunsuzluqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Tikinti sahəsində fəaliyyət göstərən müxtəlif podratçıların fəaliyyətini koordinasiya etmək, iş sahələrinin, iş qrafiklərinin və icra ardıcıllığının uzlaşdırılmasını, müxtəlif iş növləri arasında yarana biləcək kəsişmə və ziddiyyətlərin vaxtında müəyyən edilərək aradan qaldırılmasını təmin etmək;
- Podratçılar tərəfindən təqdim olunan iş qrafiklərinin texniki baxımdan nəzərdən keçirilməsi və sifarişçi ilə razılaşdırılmış master qrafikə uyğunluğunun qiymətləndirilməsi prosesində iştirak etmək, müxtəlif podratçıların işləri arasında texniki ardıcıllığın və qarşılıqlı uyğunluğun təmin edilməsinə dəstək olmaq, işlərin icrasına təsir edə biləcək kəsişmə və uyğunsuzluqları müəyyən etmək və aşkar edilmiş məsələlər barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, podrat müqaviləsinə və Azərbaycan Respublikasında qüvvədə olan norma və qaydalara uyğun olaraq mərhələli şəkildə icra və təhvil-təslim edilməsini təmin etmək;
- Şirkətin müəyyən etdiyi prosedurlara uyğun olaraq podratçı tərəfindən keyfiyyət və icra sənədlərinin, üstü örtülü işlər və aralıq qəbul aktlarının, iş jurnallarının, material sertifikatlarının, sınaq və ölçmə nəticələrinin vaxtında və düzgün təqdim edilməsini izləmək, sənədləri nəzərdən keçirmək və müəyyən edilmiş qaydada təsdiqləmək;
- İstifadə olunan materialların və görülən işlərin təsdiq edilmiş layihə, texniki spesifikasiyalar və normativ-texniki tələblərə uyğunluğuna nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün podratçı və subpodratçılar tərəfindən müvafiq tədbirlərin görülməsini təmin etmək və nəticələri yoxlamaq;
- Görülmüş işlərin faktiki həcmlərinin, keyfiyyətinin və vəziyyətinin yoxlanılmasını və ölçülməsini, müvafiq icra və qəbul sənədlərinin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək;
- Layihənin icra vəziyyəti, iş qrafiki, görülmüş işlərin həcmi, keyfiyyət və digər müqavilə məsələləri üzrə sifarişçiyə təqdim ediləcək məlumat və hesabatların hazırlanmasını təmin etmək;
- Sifarişçi, layihəçi, podratçı və subpodratçılar, laboratoriya, geodeziya və digər aidiyyəti tərəflərlə layihənin texniki və təşkilati məsələləri üzrə koordinasiyanı həyata keçirmək, razılaşdırılmış qərarların və verilmiş tapşırıqların icrasını izləmək;
- Layihə həlləri, texniki məsələlər, layihə dəyişiklikləri, əlavə işlər və tikinti zamanı aşkar olunan uyğunsuzluqlar üzrə aidiyyəti tərəflərlə koordinasiya aparmaq, məsələlərin müəyyən edilmiş qaydada sənədləşdirilməsini və razılaşdırılmasını təmin etmək;
- Podratçı və subpodratçıların iş həcmlərinin, icra müddətlərinin, keyfiyyət göstəricilərinin, sənədləşməsinin və texniki tələblərə uyğunluğunun yerinə yetirilməsini izləmək;
- Tikinti işlərinin icrasına təsir edə biləcək texniki, təşkilati, qrafik və müqavilə risklərini vaxtında müəyyən etmək, onların aradan qaldırılması üzrə tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq;
- Podratçı və subpodratçıların əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə riayət etməsinə nəzarət etmək və aşkar edilmiş risk və pozuntuların aradan qaldırılmasını təmin etmək;
- Topoqrafik ölçmə və hesablamalar əsasında təqdim olunan iş həcmlərini layihə, faktiki icra vəziyyəti və digər texniki sənədlərlə müqayisəli şəkildə nəzərdən keçirmək, həcmlərin əsaslandırılmasını və düzgünlüyünü yoxlamaq;
- Podratçı tərəfindən təqdim olunan iş həcmlərini və IPC-ləri (Forma-2) yoxlamaq, təqdim edilmiş həcmlərin layihə sənədlərinə, təsdiq edilmiş iş həcmlərinə, faktiki yerinə yetirilmiş işlərə və topoqrafik ölçmə nəticələrinə uyğunluğunu texniki baxımdan qiymətləndirmək, aşkar edilmiş artıq və ya çatışmayan həcmləri müəyyən etmək və müvafiq düzəlişlərin aparılmasını tələb etmək;
- Podratçı tərəfindən təqdim olunan iş həcmlərinin və IPC-lərin hazırlanması üçün tələb olunan ölçmə, hesablama və əsaslandırıcı sənədlərin vaxtında və tam təqdim edilməsini tələb etmək və onların nəzərdən keçirilməsində iştirak etmək;
- Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;
- Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil : Nəqliyyat tikintisi mühəndisliyi ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: Avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Layihə sənədlərinin, işçi cizgilərin, texniki spesifikasiyaların və tikinti sənədlərinin oxunması və təhlili bacarığı;
- Avtomobil yollarının tikintisi, körpülər, süni mühəndis qurğuları və digər yol infrastrukturu obyektləri üzrə əsas texniki proseslər barədə bilik;
- Azərbaycan Respublikasında avtomobil yollarının tikintisinə tətbiq olunan qanunvericilik, norma və qaydalar, AzDTN və digər normativ-texniki sənədlər üzrə bilik;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Kommersiya rəhbəri
PMD Projects LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Planlaşdırma üzrə aparıcı mühəndis
PMD Projects LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Elektrik və avtomatlaşdırma üzrə mühəndis
Orbitech Solution MMC • Bakı
Təcrübə
1200 ₼Müraciət et
A
Bugün
Elektrik Mühəndisi (Pano İstehsalı)
Amper Elektrik • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
9 Avqust 2026
İnşaat mühəndisi
Az-Caspian Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
7 Avqust 2026
Avtomatika üzrə mütəxəssis
Azersun Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et