H

Humanique

Son tarix: 13 İyul 2026

B2B Satış Meneceri

Marketinq və SatışBakıRemote13 İyun 202636

Müsahibə əsasında

Vakansiya haqqında

Azərbaycanın innovativ vakansiya platforması olan Busy.azHumanique rekrutinq agentliyi olaraq, HR ekosistemini bizimlə birlikdə inkişaf etdirəcək, enerjili və nəticəyönümlü B2B Satış Meneceri axtarırıq.

Əgər siz insan resursları sahəsinə maraq duyursunuzsa və satış bacarıqlarınızla şirkətlərin rekrutinq prosesini asanlaşdırmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.

Sizin əsas öhdəlikləriniz:

  • Müştəri portfelinin formalaşdırılması: Potensial biznes tərəfdaşlarının müəyyən edilməsi və onlarla ilkin təmasın qurulması;
  • Ehtiyacların analizi: Şirkətlərin rekrutinq və HR sahəsindəki çətinliklərini anlamaq və onlara Busy.az/Humanique ekosistemindən uyğun həllər təklif etmək;
  • Təqdimat və görüşlər: Xidmətlərimizin dəyərini müştərilərə effektiv şəkildə çatdırmaq üçün onlayn və oflayn görüşlərin keçirilməsi;
  • Satış dövriyyəsinin idarə edilməsi: Müqavilələrin bağlanması, ödəniş proseslərinə nəzarət və satış sonrası münasibətlərin idarə olunması;
  • Point-of-Contact: Müştərilər üçün etibarlı məsləhətçi olmaq və uzunmüddətli loyallığı təmin etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (işgüzar ünsiyyət səviyyəsində);
  • Təcrübə: Satış və ya stakeholder management sahəsində təcrübə (B2B satış və ya HR sahəsində təcrübənin olması böyük üstünlükdür);
  • Biliklər: Müasir rekrutinq trendləri və texnoloji həllər barədə məlumatlılıq;
  • Yumşaq bacarıqlar: Yüksək ünsiyyət və təqdimat bacarığı, diplomatik danışıqlar apara bilmə qabiliyyəti.

Biz nə təklif edirik?

  • Tam sərbəstlik: 100% uzaqdan (remote) və flexible iş qrafiki;
  • Gəlir: 569 AZN Gross sabit əməkhaqqı + satışlardan yüksək faiz (bonus sistemi);
  • Mühit: Şəffaf, bürokratiyadan uzaq, sistemli və dəstəkləyici iş mühiti;
  • Peşəkar inkişaf: HR texnologiyaları və rekrutinq sahəsində dərin biliklər qazanmaq şansı.

Müraciət qaydası: Maraqlanan namizədlərdən mövzu hissəsində “B2B sales” qeyd edərək, CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Oxşar vakansiyalar