B

BOYA & LUNA salon and beauty

Son tarix: 22 Noyabr 2026

B2B Satış meneceri - BOYA & LUNA salon and beauty (Abşeron)

Marketinq və SatışAbşeronTam Ştat22 Oktyabr 202664

600 ₼

Vakansiya haqqında

Şirkət: BOYA & LUNA salon and beauty

Vakansiya sayı: 1 nəfər

Fəaliyyət sahəsi: Kosmetika və Salon məhsullarının satışı

 

İş şəraiti

* Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılır;

* Bonus sistemi: Satış nəticələrinə əsasən;

* İş qrafiki: Müsahibə zamanı məlumat veriləcək;

* İş yeri: 📍 İş yeri: Abşeron Ticarət Mərkəzi

Sıra: 1

Korpus: 19

Mağaza: 5

 

 

Müraciət qaydası

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini təqdim etmələri xahiş olunur.

Tələblər:

 

 

* Satış sahəsində iş təcrübəsi;

* Yüksək ünsiyyət və təqdimat bacarığı;

* Müştərilərlə düzgün münasibət qurmaq və danışıqlar aparmaq bacarığı;

* Aktivlik, məsuliyyətlilik və nəticəyönümlülük;

* Komandada işləmək və qoyulmuş hədəflərə çatmaq bacarığı;

* MS Office və digər iş proqramlarından istifadə bacarığı arzuolunandır.

Üstünlük veriləcək namizədlər:

 

* B2B satış sahəsində təcrübəsi olanlar;

* Kosmetika, gözəllik və dırnaq məhsulları sektorunu tanıyanlar;

* Yeni müştərilər cəlb etmək və satış həcmini artırmaq bacarığı olanlar.

Şəxsi keyfiyyətlər

 

* Dürüstlük və məsuliyyət;

* Yüksək motivasiya;

* Operativlik və təşəbbüskarlıq;

* İnandırma və satış bacarığı;

* İnkişafa və öyrənməyə açıqlıq.

Vəzifə öhdəlikləri:

 

 

* Yeni korporativ müştərilərin və biznes tərəfdaşlarının axtarılması;

* Gözəllik salonları, dırnaq ustaları və kosmetika mağazaları ilə əməkdaşlığın qurulması;

* Məhsulların təqdim edilməsi və satış prosesinin həyata keçirilməsi;

* Telefon zəngləri və digər kommunikasiya vasitələri ilə müştərilərlə əlaqə saxlanılması;

* Mövcud müştəri bazasının genişləndirilməsi və daimi müştərilərlə münasibətlərin qorunması;

* Müştərilərin sifarişlərinin qəbul edilməsi və sifariş prosesinin izlənilməsi;

* Satış planının yerinə yetirilməsi və satış nəticələrinin təhlili;

* Rəqib şirkətlərin və bazarın araşdırılması.

 

Oxşar vakansiyalar