Aku dünyası

Aku dünyası

Son tarix: 25 Dekabr 2026

B2B/Korporativ Satış Təmsilçisi

Marketinq və SatışBakıTam Ştat25 Noyabr 2026279

Müsahibə əsasında

Vakansiya haqqında

*B2B/korporativ satış təcrübəsi olan Korporativ

Satış Təmsilçisi*

İş yeri: Bakı şəhəri.

İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)

Son müraciət tarixi: 27 dekabr 2026

Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır.

Biz nə təklif edirik?

-Peşəkar və inkişafyönümlü iş mühiti;

-Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi;

-Karyera və peşəkar inkişaf imkanları;

-Dinamik və peşəkar komanda mühiti.

Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.

Vakansiyanın tələblərinə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan elektron E-mail ünvanına ([email protected]) və möbil əlaqə nöməsinin ( *070 788 07 88* ) WhatsApp hesabına göndərin.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Öhdəliklər

-Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;

-Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi;

-Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması;

-Satış və müqavilə danışıqlarının aparılması;

-Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş;

-Satış planlarının və KPI-ların icrası;

-Sifariş və satış sonrası proseslərin izlənilməsi;

-Bazar və rəqib analizlərinin aparılması;

-CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması.

Tələblər

-Minimum 3 il B2B/korporativ satış təcrübəsi;

-Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür;

-Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı;

-MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi;

-Analitik düşüncə, planlama və nəticəyönümlülük;

-Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət. İngilis dili və ali təhsil üstünlükdür;

-Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar