Chingizkhan Technologies
Backend Developer
400 ₼
Vakansiya haqqında
Backend Developer (Junior)
Chingizkhan Technologies komandamıza qoşulacaq məsuliyyətli və inkişaf etməyə həvəsli Backend Developer axtarırıq.
Əgər backend sistemlərinin qurulması, API-lərin hazırlanması və verilənlər bazası ilə işləmək sahəsində praktiki təcrübən varsa və real məhsulların hazırlanmasında iştirak etmək istəyirsənsə, səni komandamızda görmək istərdik.
Vəzifə öhdəlikləri
- Backend servis və REST API-lərin hazırlanması və inkişaf etdirilməsi
- Verilənlər bazasının layihələndirilməsi və optimallaşdırılması
- Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin təkmilləşdirilməsi
- Frontend və üçüncü tərəf servislərlə API inteqrasiyalarının qurulması
- Authentication və Authorization sistemlərinin hazırlanması
- Kodun təhlükəsiz, oxunaqlı və maintainable şəkildə yazılması
- Mövcud problemlərin araşdırılması və həll edilməsi
- Git/GitHub ilə komanda daxilində işləmək
- Texniki həllərin araşdırılması və uyğun yanaşmaların tətbiq edilməsi
Tələblər
- Backend development üzrə praktiki layihə təcrübəsi
- Node.js / TypeScript, Python və ya digər backend proqramlaşdırma dillərindən ən azı birində yaxşı səviyyədə bilik
- REST API yaratmaq və inteqrasiya etmək üzrə təcrübə
- PostgreSQL və SQL ilə işləmə bacarığı
- Git və GitHub-dan gündəlik istifadə təcrübəsi
- Backend arxitekturasının əsas prinsiplərini başa düşmək
- OOP və Clean Code prinsipləri haqqında praktiki anlayış
- API təhlükəsizliyi və authentication məntiqini başa düşmək
- Texniki problemi müstəqil araşdırıb həll edə bilmək
- Komanda daxilində işləmə və texniki məsələləri düzgün kommunikasiya etmək bacarığı
Üstünlük hesab olunur
- NestJS / Express.js / FastAPI / Django təcrübəsi
- TypeScript üzrə güclü bilik
- Docker ilə işləmə təcrübəsi
- Redis ilə işləmə təcrübəsi
- JWT / OAuth təcrübəsi
- AWS və ya digər cloud platformaları üzrə təcrübə
- CI/CD haqqında praktiki bilik
- Mikroservis arxitekturası üzrə təcrübə
- GitHub-da real layihələr və ya portfolio
İş şərtləri
İş formatı: Tam iş günü
İş yeri: Sumqayıt
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Təcrübə və texniki bacarıqlara əsasən müəyyən ediləcək.
Biz nə təklif edirik?
- Yeni və sürətlə inkişaf edən komandada işləmək
- Real məhsulların hazırlanmasında birbaşa iştirak
- Texniki qərarlarda iştirak etmək imkanı
- Yeni texnologiyalarla işləmək və peşəkar inkişaf
- Kiçik komandada yüksək məsuliyyət və ownership
- Gördüyün işin məhsula birbaşa təsirini görmək
QEYD: Üstünlük İT sahəsində təhsil almışlara və Sumqayıt şəhərində yaşayanlara veriləcək.
Müraciət
CV-ni “Backend Developer” başlığı ilə aşağıdakı email ünvanına göndərə bilərsən:
Oxşar vakansiyalar
1C Proqramçı (remote-təcrübəçi)
INTEGRATOR • Bakı
Biznes və Məhsul analitiki üzrə baş mütəxəssis
Bakinity Distribution MMC • Bakı
QA üzrə mütəxəssis
Push30 • Bakı
İT mütəxəssisi
AZinfotech • Bakı
Senior Python Backend Developer (Remote – Projects for US market)
EtaVista AI • Bakı
İnformasiya Təhlükəsizliyi Departamentində Təcrübə proqramı (Penetration testing)
Bank Respublika ASC • Bakı