M

Mercure Hotels Baku City

Son tarix: 3 Sentyabr 2026

Barmen

Turizm və OtelçilikBakıTam Ştat3 Avqust 2026123

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Qonaqlara hotel standartlarına uyğun yüksək səviyyədə xidmət göstərmək;
  • Alkoqollu və alkoqolsuz içkiləri resept və standartlara uyğun hazırlamaq və təqdim etmək;
  • Barın gündəlik fəaliyyətini təşkil etmək, təmizliyini və səliqəsini təmin etmək;
  • Bar ehtiyatlarını izləmək, çatışmazlıqları vaxtında rəhbərliyə bildirmək;
  • POS sistemində sifarişləri düzgün şəkildə qəbul etmək və hesablaşmaları həyata keçirmək;
  • Qonaqların istək və şikayətlərinə operativ və peşəkar şəkildə yanaşmaq;
  • Qida təhlükəsizliyi, gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • Komanda üzvləri ilə sıx əməkdaşlıq edərək yüksək xidmət keyfiyyətini təmin etmək.

Namizədə tələblər:

  • Barmen vəzifəsində minimum 1 il iş təcrübəsi (hotelçilik sahəsində təcrübə üstünlükdür);
  • Alkoqollu və alkoqolsuz içkilərin hazırlanması üzrə biliklər;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür (rus dili biliyi arzuolunandır);
  • Ünsiyyət bacarığı yüksək, gülərüz və qonaqpərvər olmaq;
  • Məsuliyyətli, çevik və komanda ilə işləmək bacarığı;
  • Növbəli iş rejimində işləməyə hazır olmaq.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Barmen" qeyd etmələri xahiş olunur.

Oxşar vakansiyalar