S

SwissDent

Son tarix: 18 Sentyabr 2026

Baş Koordinator (Bakı, Sumqayıt)

İnzibati İşlərBakıTam Ştat18 Avqust 2026189

Müsahibə əsasında

Vakansiya haqqında

İş barədə məlumat: 

  • Klinikanın gündəlik əməliyyatlarının idarə edilməsi və iş axınının təşkili 
  • Klinika komandasının idarəsində bilavasitə iştirak 
  • Klinika xidmətlərinin təqdimi və satışının təmini
  • Klinikanın xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planının hazırlanmasında və icrasında birbaşa iştirak
  • Pasiyent axınının, pasiyent məlumatlarının, görüş planlarının idarə edilməsi və nəzarətdə saxlanılması 
  • Pasiyent məmnuniyyətinin və klinika xidmətlərinin keyfiyyətinin artırılmasında bilavasitə iştirak 
  • Pasiyent məmnuniyyəti və loyallığının təşkili, təmini və bu istiqamətdə komanda ilə iş
  • Koordinatorların öz hədəflərini (KPI) realizasiya etmələrinə gündəlik nəzarət və realizə olunmuş göstəricilər əsasında müvafiq hesabatların hazırlanması
  • Vəzifəsi üzrə təyin olunmuş hədəflərin (KPI) realizasiyası 
  • İşin təkmiləşdirilməsi və proseslərin optimallaşdırılması istiqamətində təşəbbüs göstərmək və təkliflərlə çıxış etmək
  • 6 günlük iş rejimi 
  • Əmək haqqı: maaş + bonus şəklində formalaşır; rabitə xərcləri şirkət hesabına 

Tələblər: 

  • Ali təhsil 
  • Stomatoloji klinikada iş təcrübəsinin olması üstünlükdür
  • MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmə bacarığı 
  • Azərbaycan dilini sərbəst, Rus dili danışıq səviyyəsində, İngilis dili arzu olunandır 
  • Mükəmməl səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləyicilik) 
  • İdarə etmə, təşkilatçılıq və problem həll etmə bacarığı 
  • Biznes etikaya həssaslıq, komanda ilə və komandada işləmə qabiliyyəti 
  • Satış və marketinqdə iş təcrübəsi üstünlükdür 

Maraqlanan şəxslər mövzu hissəsində “Baş koordinator” qeyd etməklə, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Oxşar vakansiyalar