A

Azera Holding

Son tarix: 20 İyun 2026

Baş mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat21 May 2026365

Müsahibə əsasında

Vakansiya haqqında

AZERA Holdingin tərkibində fəaliyyət göstərən Fruitland-AZ MMC üçün Baş mühasib vakansiyası elan edir.

Struktur bölməsi: Maliyyə Departamenti

İş yeri: Bakı şəhəri, Zirə – Südçülük sovxozu

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya aidiyyəti sahə üzrə)
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Xarici dil biliyinin olması vacibdir
  • MS Office, 1C, ERP və LOGO proqramlarında işləmək bacarığı
  • İdarəetmə və liderlik bacarıqları
  • Analitik düşüncə və qərarvermə qabiliyyəti
  • Komandada işləmək və yüksək ünsiyyət bacarığı
  • Stressə davamlılıq və məsuliyyətlilik

Vəzifə öhdəlikləri:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması
  • Maddi, əmək və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin uçotunun aparılması
  • Gəlir və xərclərin, eləcə də vergitutma obyektlərinin qanunvericiliyə uyğun uçotunun təmin edilməsi
  • Vergi və maliyyə hesabatlarının hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilməsi
  • Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və maliyyə göstəricilərinin qiymətləndirilməsi
  • Cari və perspektiv maliyyə planlarının hazırlanması
  • Biznes planların hazırlanması üçün maliyyə məlumatlarının formalaşdırılması
  • Xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması
  • Gəlirlərin vaxtında daxil olmasına və ödəniş proseslərinə nəzarət edilməsi
  • Bank əməliyyatlarının və hesablaşmaların operativ uçotunun aparılması
  • Müqavilələr üzrə ödənişlərin vaxtında icrasının təmin olunması
  • Maliyyə vəsaitlərinin hərəkətinin uçotunun aparılması və hesabatların hazırlanması
  • Mədaxil-məxaric büdcəsinin və pul vəsaitlərinin planlaşdırılması
  • Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqlərin təhlili
  • Statistik hesabatların hazırlanması üçün məlumatların təqdim edilməsi

 Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar