T
TWC Management Consulting
Baş mühasib
Müsahibə əsasında
Vakansiya haqqında
Qida istehsalı və distribusiya şirkətinə “baş mühasib” vakant vəzifəsini elan edirik!
İş şəraiti
- İş qrafiki: 6/7
- İş rejimi: Tam iş günü
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun şəkildə təşkil və idarə olunmasını təmin etmək;
- Mənfəət və zərər haqqında hesabat (P&L / Income Statement), Balans hesabatı (Balance Sheet) və Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Cash Flow Statement) daxil olmaqla maliyyə hesabatlarını hazırlamaq;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının vaxtında və düzgün hazırlanmasını təmin etmək;
- Mühasibat uçotu məlumatlarının düzgünlüyünü, tamlığını və ardıcıllığını yoxlamaq;
- Bank hesabları, kassa əməliyyatları və digər pul vəsaitlərinin hərəkəti üzrə uçotu aparmaq və üzləşdirmələr həyata keçirmək;
- Debitor və kreditor borclarına nəzarət etmək, borcların hərəkətini və ödənişlərin vaxtında həyata keçirilməsini izləmək;
- Təchizatçılar, müştərilər və digər qarşı tərəflərlə hesablaşmaların uçotunu aparmaq və mütəmadi üzləşdirmələr həyata keçirmək;
- Anbar, xammal, material və hazır məhsul qalıqlarının mühasibat uçotu ilə faktiki qalıqlarının uyğunluğuna nəzarət etmək;
- İnventarizasiya proseslərinin təşkilində və nəticələrinin uçotda əks etdirilməsində iştirak etmək;
- Logo Tiger ERP proqramında mühasibat uçotu, maliyyə və əməliyyat məlumatlarının idarə edilməsini təmin etmək;
- İstehsal, satış, satınalma və anbar əməliyyatlarının maliyyə uçotu ilə düzgün inteqrasiyasına nəzarət etmək;
- İstehsal xərclərini, məhsulun maya dəyərini və digər əməliyyat xərclərini təhlil etmək;
- Xərclərin strukturunu və dinamikasını təhlil etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək;
- Mənfəətlilik, likvidlik, pul axını və dövriyyə kapitalı üzrə maliyyə təhlilləri aparmaq;
- Cash Flow Forecast hazırlamaq və faktiki pul axınlarını proqnoz və plan göstəriciləri ilə müqayisə etmək;
- Büdcə və faktiki maliyyə nəticələri arasında fərqləri (*Budget vs Actual*) təhlil etmək və əsas kənarlaşmaları rəhbərliyə təqdim etmək;
- Satış, istehsal, satınalma və inventar üzrə maliyyə və əməliyyat planlaşdırma alətlərinin hazırlanmasını və yenilənməsini təmin etmək;
- Rəhbərlik üçün müntəzəm *Management Report* və maliyyə-əməliyyat hesabatları hazırlamaq;
- Maliyyə və əməliyyat göstəricilərində riskləri, uyğunsuzluqları və potensial problemləri vaxtında müəyyən etmək;
- Aşkar edilmiş maliyyə və əməliyyat problemlərinin aradan qaldırılması üzrə rəhbərliyə təkliflər vermək;
- Daxili nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsinə və təkmilləşdirilməsinə dəstək olmaq;
- Mühasibat uçotu, hesabatlılıq, planlaşdırma və maliyyə nəzarəti proseslərinin davamlı təkmilləşdirilməsində iştirak etmək;
- Rəhbərliyin maliyyə və əməliyyat xarakterli sorğularını operativ şəkildə cavablandırmaq;
- Maliyyə məlumatlarının məxfiliyini və təhlükəsizliyini qorumaq.
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Baş mühasib, mühasib, maliyyə mütəxəssisi və ya maliyyə nəzarəti sahəsində müvafiq iş təcrübəsi;
- İstehsalat müəssisəsində iş təcrübəsinin olması üstünlükdür;
- Mühasibat uçotunun əsas prinsipləri və maliyyə hesabatlarının hazırlanması üzrə dərin biliklər;
- Mənfəət və zərər, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının hazırlanması və təhlili üzrə praktiki bacarıqlar;
- Debitor və kreditor borclarının, bank əməliyyatlarının, inventarın və digər mühasibat uçotu sahələrinin idarə edilməsi üzrə təcrübə;
- Logo Tiger ERP proqramı üzrə peşəkar istifadə bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Maliyyə və əməliyyat məlumatlarının təhlili üzrə güclü analitik bacarıqlar;
- Büdcə, Cash Flow Forecast və faktiki nəticələrin plan göstəriciləri ilə müqayisəli təhlili üzrə biliklər;
- İstehsal müəssisələrində maya dəyərinin formalaşması və istehsal xərclərinin uçotu barədə biliklər üstünlükdür;
- Vergi və mühasibat uçotu üzrə Azərbaycan Respublikasının qanunvericiliyi haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və detallara diqqət;
- Güclü problem həll etmə və qərarvermə bacarığı;
- İşlərin prioritetləşdirilməsi və hesabatların müəyyən edilmiş müddətlərdə hazırlanması bacarığı;
- Güclü kommunikasiya və koordinasiya bacarıqları;
- Müstəqil və komanda daxilində işləmək bacarığı;
- Yüksək məsuliyyət, dürüstlük və peşəkar etika.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
E
Bugün
Kassa nəzarətçisi
Evro İnşaat MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
Bugün
Müştəri Xidməti departamenti / VIP şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
1C Mütəxəssis / məsləhətçi
Best Soft • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Xəzinədar
Second Cup • Bakı
Tam Ştat
600 ₼Müraciət et
R
Bugün
Kredit mütəxəssisi
Ramton Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Aparıcı mühasib
GNC Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et