B

Buta Park

Son tarix: 24 Sentyabr 2026

Baş Mühasib

Maliyyə və MühasibatlıqBakıTəcrübə24 Avqust 202674

1000

Vakansiya haqqında

Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir.
Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir.
Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

Tələblər:

* Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

* Baş mühasib və ya maliyyəçi vəzifəsində minimum 3–5 il iş təcrübəsi;

* Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;

* Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;

* Microsoft Excel və internet bankçılıq proqramlarında işləmək bacarığı;

* Maliyyə hesabatları, büdcələşdirmə və pul axınının idarə edilməsi üzrə təcrübə;

* Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət;

* Sənədlərlə sistemli işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;

* Komandada işləmək və rəhbərliyə düzgün hesabat təqdim etmək bacarığı;

* PMS sertifikatının olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

* Mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;

* İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması;

* Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması;

* Elektron qaimə-fakturaların, hesab-fakturaların və təhvil-təslim aktlarının hazırlanması;

* ƏDV, mənfəət, gəlir, əmlak, torpaq və digər vergilər üzrə hesabatların hazırlanaraq təqdim edilməsi;

* DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması;

* Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması;

* İşçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanmasına nəzarət;

* Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;

* Müştəri və təchizatçılarla hesablaşmalara nəzarət;

* Bank ödənişlərinin və internet bankçılıq əməliyyatlarının həyata keçirilməsi;

* Müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması;

* İdxal əməliyyatlarının, gömrük sənədlərinin və malların maya dəyərinin uçotu;

* Əsas vəsaitlərin, inventarların və materialların uçotunun aparılması;

* Anbar qalıqlarına və inventarizasiya prosesinə nəzarət;

* Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;

* Pul vəsaitlərinin hərəkəti üzrə hesabatın hazırlanması və nəzarətdə saxlanılması;

* Şirkətin gəlir və xərclərinin təhlil edilməsi;

* Büdcənin və maliyyə planının hazırlanması, faktiki nəticələrin büdcə ilə müqayisəsi;

* Layihələr və fəaliyyət istiqamətləri üzrə gəlirlilik və rentabellik hesablamalarının aparılması;

* Məhsul və xidmətlərin maya dəyərinin hesablanması;

* Şirkətin ödəniş planının və pul axınının idarə edilməsi;

* Maliyyə risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim olunması;

* Rəhbərlik üçün maliyyə göstəriciləri və idarəetmə hesabatlarının hazırlanması;

* Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması;

* Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi;

* Mühasibat və maliyyə proseslərinin təkmilləşdirilməsi.

Oxşar vakansiyalar