A

ADIS Azerbaijan

Son tarix: 30 Oktyabr 2026

Baş mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat1 Oktyabr 202668

Müsahibə əsasında

Vakansiya haqqında

ADIS Azerbaijan komandası üçün maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsində təcrübəli Baş mühasib axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat uçotunu qanunvericiliyə və daxili prosedurlara uyğun təşkil etmək;
  • Alış, satış, qaytarma və anbar əməliyyatlarının uçotda düzgün əks olunmasına nəzarət etmək;
  • Müştəri və təchizatçılarla hesablaşmaları, debitor və kreditor borcları izləmək, qarşılıqlı üzləşmələri təşkil etmək;
  • Bank, kassa və kredit əməliyyatlarının uçotunu, pul vəsaitlərinin hərəkətinə nəzarəti həyata keçirmək;
  • Vergi, sosial sığorta və statistika hesabatlarının düzgün hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, gəlir, xərc və mənfəət göstəricilərini təhlil edərək rəhbərliyə təqdim etmək;
  • Əməkhaqqı və digər əməkdaş ödənişlərinin hesablanmasına nəzarət etmək;
  • Mal-material ehtiyatlarının inventarizasiyasını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatları arasındakı fərqləri araşdırmaq;
  • Mühasibatlıq komandasının iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətini koordinasiya etmək və peşəkar inkişafına dəstək vermək.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il, o cümlədən baş mühasib və ya mühasibatlıq komandasının idarə olunması üzrə iş təcrübəsi;
  • Distribusiya və ya topdansatış sahəsində təcrübə üstünlükdür;
  • Mal-material ehtiyatlarının, ticarət əməliyyatlarının və qarşılıqlı hesablaşmaların uçotu üzrə güclü praktiki biliklər;
  • Vergi, əmək və mühasibat uçotu qanunvericiliyini bilmək və gündəlik işdə tətbiq etmək bacarığı;
  • Vergi bəyannamələrinin və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə biliklər;
  • 1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Elektron dövlət portalları və hesabat sistemlərindən sərbəst istifadə etmək bacarığı;
  • ERP sistemlərinin maliyyə və mühasibatlıq modulları ilə iş təcrübəsi; Logix biliyi üstünlükdür;
  • Analitik düşünmə, işin planlaşdırılması, komandanın idarə edilməsi və qərarvermə bacarıqları;
  • Dəqiqlik, yüksək məsuliyyət, dürüstlük və məxfilik prinsiplərinə riayət etmək.

Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Rəsmi əmək müqaviləsi;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında razılaşdırılır;
  • Şirkət tərəfindən nahar verilir;
  • İş yeri: Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi 8-ci mərtəbə.

Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar