G
Gidromaşservis QSC
Baş mühasib
2000 ₼
Vakansiya haqqında
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə,bazar
Şərtlər:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ofis ünvanı: Nizami rayonu, Qara Qarayev, 87 (Lotos ticarət mərkəzinin arxası)
Maraqlanan şəxslər CV-lərini “Baş mühasib” başlığı altında PDF formatında [email protected] e-Mail poçt ünvanına göndərə bilərlər.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- PMS sertifikatı;
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq;
- Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı;
- Yaş həddi: 35-50;
- Cins: Xanım
- Mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
- Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Komanda ilə işləmə bacarığının olması.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
- 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək;
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
- Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək.
Oxşar vakansiyalar
C
Bugün
Aparıcı mühasib
Can-Pa • Bakı
Tam Ştat
1300 ₼Müraciət et
O
Bugün
Mühasib (inkassa-kassa əməliyyatları üzrə)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Məhsul üzrə Mütəxəssis (Hesab və ödəniş xidmətləri)
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Açıq Qapı Günü
GL ASC • Qazax
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Audit şöbə müdiri
Camal LTD • Bakı
Tam Ştat
3000 ₼Müraciət et
W
Bugün
Mikro proqram üzrə kiçik mühasib
West Product Marketing MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et