A

Acon Tax and Accounting MMC

Son tarix: 12 Noyabr 2026

Baş mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat12 Oktyabr 202648

2300 ₼

Vakansiya haqqında

Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq.

Əsas vəzifələr:

  • Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili;
  • ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət;
  • Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili;
  • İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması;
  • Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət;
  • Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
  • Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması;
  • İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi;
  • Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması;
  • Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi;
  • İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə;
  • Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
  • 1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək;
  • Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə;
  • Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı.

Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür.

İş şəraiti:

  • Aylıq əməkhaqqı: 2300-2500 Azn (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur
  • Tam iş günü;
  • Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş;

İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center

İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar