"

"Diamed Co" MMC

Son tarix: 14 Noyabr 2026

Baş mühasib

Maliyyə və MühasibatlıqBakıTəcrübə14 Oktyabr 202670

2000 ₼

Vakansiya haqqında

Dərman istehsalı zavoduna baş mühasib tələb olunur.

 

Tələblər:

  1. Yaş: 30-55
  2. Minimum 3 il iş stajı
  3. İstehsalat təcrübəsi mütləqdir
  4. Baş mühasib kimi təcrübə
  5. Ali təhsil (Maliyyə sahəsində)
  6. Azərbaycan Respublikası Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli
  7. Azərbaycan Respublikasının qanunvericilik aktlarını bilməli
  8. PMS sertifikatlarının olması üstünlükdür
  9. MS Excel, MS Word, MS Outlook (əla)
  10. 1C 8.3proqramı yüksək səviyyədə bilmək
  11. custom.gov.az portalında işləmə bacarığı.
  12. Müxtəlif bankların internet bankın sistemində bank əməliyyatlarını icra etmə bacarığı
  13. Mənfəət ,Gəlir, ÖMV,Vahid,Ədv 18% ,Ədv 0% (Sertifikat və Fəaliyyət növünə görə.) hesabatlarını verməyi bacarmalı

 

Vəzifə öhdəlikləri:

 

  1. Müəssisənin maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək
  2. Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
  3. Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
  4. İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
  5. Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
  6. Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
  7. Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərini diqqətdə saxlamaq
  8. Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını araşdırmaq
  9. Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
  10. Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
  11. Pul vəsaitlərinin hərəkəti, xarici köçürmələrdebitor və kreditor borclarını nəzarətdə saxlamaq
  12. Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;

Oxşar vakansiyalar