K
KK Alliance MMC
Baş mühasib - KK Alliance MMC (Bakı, 2026)
2000 ₼
Vakansiya haqqında
KK Alliance LLC geniş fəaliyyət istiqamətlərini əhatə edən, distribusiya, idxal, ticarət və müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şirkət olaraq komandamıza təcrübəli Baş mühasib axtarır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Tam iş günü;
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini təqdim edə bilərlər.
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
- Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini mükəmməl bilmək;
- İdxal, distribusiya və ticarət sahələrində iş təcrübəsi;
- ƏDV, gömrük və xarici iqtisadi fəaliyyət əməliyyatları üzrə biliklər;
- 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik;
- Komandanı idarə etmək və iş proseslərini təşkil etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün fəaliyyət istiqamətləri üzrə mühasibat və maliyyə uçotunun təşkil edilməsi və idarə olunması;
- Vergi, DSMF və digər məcburi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Vergi qanunvericiliyinə və mühasibat uçotu standartlarına riayət olunmasına nəzarət;
- İdxal, ixrac, distribusiya, topdan və pərakəndə satış əməliyyatlarının mühasibat uçotunun aparılması;
- Gömrük sənədləri, invoyslar, müqavilələr və digər maliyyə sənədlərinin uçotunun təşkili;
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin hesablanması;
- Bank əməliyyatlarına, pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət;
- Debitor və kreditor borclarının idarə olunması;
- Anbar, mal qalığı və məhsulların maya dəyərinin uçotuna nəzarət;
- Müxtəlif xidmət istiqamətləri üzrə gəlir və xərclərin uçotunun aparılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Mühasibatlıq proseslərinin düzgün və effektiv təşkil edilməsi.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
F
Mühasib
Foriella
GəncəTam Ştat
Müsahibə əsasındaBugün
F
Daxili audit üzrə kiçik mütəxəssis
Fostanpak MMC
BakıTam Ştat
700 ₼Bugün
A
Tabelçi
AT - Geotech MMC
BakıTam Ştat
700 ₼Bugün
P
Maliyyə departamentinin rəhbəri
PASHA Insurance
BakıTəcrübə
Müsahibə əsasındaBugün
E
Risklərin idarə edilməsi departamenti, Kreditlərin monitorinqi şöbəsi, mütəxəssis/aparıcı mütəxəssis
Express Bank
BakıTam Ştat
Müsahibə əsasındaBugün
U
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə Mütəxəssis /Aparıcı Mütəxəssis (Beyləqan)
Unibank
BeyləqanTam Ştat
Müsahibə əsasındaBugün
