
Az-Tex-İmport MMC
Baş mühasib
1800 ₼
Vakansiya haqqında
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı);
- Fəaliyyət sahəsi: Ağır texnika, yük avtomobilləri və ehtiyat hissələrinin satışı və servis xidməti;
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə qısaldılmış iş günü);
- Əmək haqqı: 1800-2000 Azn (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir).
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tam və dəqiq aparılması;
- İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər ödənişlərinin düzgün hesablanması və rəsmiləşdirilməsi;
- Vergi (ƏDV, ÖMV, mənfəət, əmlak və s.), DSMF, Məşğulluq və Statistika hesabatlarının hazırlanıb aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
- 1C proqramında avtoservis fəaliyyəti (ehtiyat hissələrinin anbar uçotu, mədaxil-məxaric əməliyyatları, göstərilən xidmətlərin rəsmiləşdirilməsi) üzrə əməliyyatların düzgün uçotuna nəzarət edilməsi;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların, e-qaimələrin tərtib olunması, göndərilməsi və təsdiqlənməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi, debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin edilməsi;
Namizədə dair tələblər:
- Təhsil: Maliyyə, mühasibat uçotu və ya texniki sahədə ali təhsil;
- İş təcrübəsi: Baş mühasib və ya mühasib vəzifəsində ən azı 3-5 il iş təcrübəsi (Avtoservis, istehsalat sahəsində təcrübə arzuolunandır);
- Sertifikatlar: Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləq üstünlükdür;
- Proqram bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel) və 1C (8.3 versiyası) proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Yüksək riyazi-analitik düşünmə qabiliyyəti, məsuliyyət, dəqiqlik, komanda idarəetmə bacarığı.
Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Kredit Mütəxəssisi
ASEL Kredit
GöyçayTam Ştat
Müsahibə əsasındaDünən

Marja ticarəti üzrə risk menecer
Unicapital
BakıTam Ştat
Müsahibə əsasındaDünən
S
Mühasib
Sonar Pharma
BakıTam Ştat
Müsahibə əsasındaDünən
M
Mühasib köməkçisi
MEDAL MMC
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Hesablaşmalar şöbəsinin Ödənişlərin İcrası qrupunun Baş mütəxəssisi
PASHA Bank
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Mühasib-operator
Tahiroğlu İnşaat
BakıTam Ştat
700 ₼Dünən
