Q

Qaymaq (Premium Qida)

Son tarix: 6 İyun 2026

Baş mühasib müavini

1800

Vakansiya haqqında

Baş Mühasibin müavini (Qaymaq premium qida)

 

Namizədə tələblər:

 

* Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil

* İstehsal sahəsində minimum 3 il iş təcrübəsi

* Rus dili biliyi (yaxşı səviyyədə)

* PMS sertifikatının olması mütləqdir

* 1C, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı

* Vergi və əmək qanunvericiliyi üzrə biliklər

* Analitik düşünmə və hesabat hazırlama bacarığı

 

Vəzifə öhdəlikləri:

 

* Maliyyə və mühasibat uçotunun düzgün aparılmasına nəzarət

* Vergi, DSMF və digər rəsmi hesabatların hazırlanması

* Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması

* Debitor və kreditor borclarının idarə olunması və izlənməsi

* Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi

* İstehsal əməliyyatlarının uçotunun aparılmasına nəzarət

* Xammal və hazır məhsul hərəkətlərinin izlənməsi

* İstehsal maya dəyərinin hesablanması və analiz edilməsi

* Anbar qalığı və inventarizasiya proseslərində iştirak

* İstehsal xərclərinin düzgün bölgüsünə nəzarət

* Baş mühasibin tapşırıqlarının icrası və ona dəstək

 

 

Digər Məlumatlar:

•             İş qrafiki: 6 günlük

•             Ünvan: Binəqədi yolu 100

•             Nahar şirkət tərəfindən verilir

•            Əmək haqqı müsahibə əsasında

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar