İ

İNEO GROUP

Son tarix: 17 Oktyabr 2026

Baş satıcı

Marketinq və SatışBakıTam Ştat17 Sentyabr 202632

800

Vakansiya haqqında

Vakansiya — Baş satıcı

Hazırda biz Jacadi brendinin mağazasına tam məsuliyyət daşıyacaq baş satıcı axtarırıq.

İş qrafiki: 6/1, Növbəli iş qrafiki

Əmək haqqı: 800-900 AZN+ KPİ

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu sətrində “Baş satıcı” qeyd etməklə [email protected] ünvanına CV göndərmələri tələb olunur.

Tələblər:

  1. Yalnız xanım namizədlər;
  2. Baş satıcı və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması üstünlükdür);
  3. Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  4. Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
  5. Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.

Vəzifə öhdəlikləri:

  1. Mağazanın gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
  2. Satış prosesində iştirak etmək, satışların artırılması məqsədilə tədbirlər həyata keçirmək
  3. KPI göstəricilərinə nəzarəti təmin etmək, KPI hədəflərinin icrasını izləmək və mağazanın müəyyən edilmiş satış hədəflərinə (targetlərə) nail olmasını təmin etmək
  4. Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına və inventarizasiyasına nəzarət etmək;
  5. Mağaza və anbar sahələrinin təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək;
  6. Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin etmək;
  7. Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının, hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək;
  8. Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar hazırlamaq;
  9. Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyə məlumat vermək;
  10. Mağazalararası və mağaza-anbar transferlərinin düzgün icrasına nəzarət etmək;
  11. Kamera görüntülərinə nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək;
  12. Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin etmək;
  13. Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək;
  14. İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək;
  15. Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət etmək;
  16. Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün tətbiqinə nəzarət etmək;
  17. Mağazada yaranan texniki və təchizat problemlərinin həllini təşkil etmək;
  18. Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  19. Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.

Oxşar vakansiyalar